Pirallahı qəsəbəsində avtomobil yollarının yenidənqurma və təmir-bərpa işləri aparılır
31 may 2016 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Bakı şəhərində yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, qəsəbədaxili və məhəllələrarası küçələrin abadlaşdırılması istiqamətində paytaxtın müxtəlif rayonlarında tədbirlər davam etdirilir. Əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq paytaxtın digər rayonlarında olduğu kimi, Pirallahı ərazisindəki küçələrdə də abadlıq və quruculuq işləri aparılır, əhalinin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.
Pirallahı qəsəbəsində yol infrastrukturunun yenidənqurma və təmir-bərpa işləri çərçivəsində mərkəzi küçənin avtomobil yolunun yenidənqurma işlərinə start verilmişdir.
Qeyd edək ki, mərkəzi küçənin ümumi uzunluğu 9 kilometrdir. İşlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə işlərin 4,6 kilometrlik sahədə aparılması nəzərdə tutulmuşdur. Hal-hazırda S.Vurğun küçəsində görülən işlərə kifayət qədər yol-tikinti maşın və mexanizmləri cəlb olunmuşdur. Torpaq yatağı genişləndirilərək möhkəmləndirilmiş və köhnə asfalt-beton örtüyün qaşınması işləri aparılır, bu proses başa çatandan sonra yeni asfalt-beton örtüyünün döşənməsinə başlanacaqdır. Layihəyə əsasən, yolun hərəkət hissəsinin eni 8 metrə çatdırılacaqdır və nəticədə yolda avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin olunacaqdır.
Bununla yanaşı, Pirallahı qəsəbəsində məhəllədaxili yollarının təmir-bərpa işləri aparılır. May ayı ərzində, “Azəravtoyol” ASC-nin 78 saylı Yol İstismarı Müəssisəsi tərəfindən aparılan işlərin nəticəsində 39-cu məhəllədə 1100 kvadrat metr, 40-cı məhəllədə 825 kvadrat metr, Əzizbəyov küçəsində 700 kvadrat metr, Səməd Vurğun küçəsində isə 500 kvadrat metr təmir olunmuşdur. Ümumilikdə, məhəllədaxili yollarının 175000 kvadrat metr hissəsi təmir olunacaqdır.