Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olundu
01 iyun 2016 | 11:00
01 iyun 2016-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin və Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzin böyük akt zalında 300 nəfərin iştirakı ilə 1 İyun-"Uşaqların Beynəlxalq Müdafiə Günü" nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Mərkəzinin, “Çobanyastığı”, "Cırtdan", “Qağayı” və "Bulaq" uşaq bağçalarının kollektivləri, körpələr və məktəblilər iştirak etdilər.
Tədbirdə çıxış edənlər bayram münasibətilə körpə fidanları, bütün tədbir iştirakçılarını təbrik etdi və gələcəyimiz olan uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan əlverişli şəraitdən danışdılar. Diqqətə çatdırıldı ki, Azərbaycan Prezidenti İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Ölkənin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün mütəmadi olaraq uğurlu layihələr həyata keçirilir.
Tədbirdə balacaların nümayiş etdirdiyi şeir və digər səhnəciklər, müxtəlif mahnı və rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılandı və alqışlandı. Uşaqlar uçun böyük ekranda cizgi filmi nümayiş etdirildi.
Qeyd edək ki, uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Pirallahı rayonunun bütün ümumtəhsil müəssisələrində tədbirlər keçirilmişdir. Tədbirlər zamanı uşaqların nümayiş etdirdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval- ruhiyyə yaratmışdır.