Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sarvan Mehralıyevin xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vuruldu

02 iyun 2016 | 11:00
         01 iyun 2016-cı il tarixdə 186 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Pirallahı rayon məktəbliləri arasında “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol turnirinin final mərhələsi keçirildi. Turnir aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən ən müqəddəs zirvəyə-şəhidlik zirvəsinə ucalan 186 nömrəli tam orta məktəbin 2014-cü il məzunu Sarvan Mehralıyevin xatirəsinə həsr olunub. Turnirdə Pirallahı rayon məktəblilərindən ibarət 9 komanda iştirak edib.
           18 may 2016-cı il tarixdə başlayan mini futbol üzrə turnirin qrup mərhələsi may ayının 31-nə qədər davam etmiş, final mərhələsi isə 01 iyun 2016-cı il tarixində keçirilmiş, turnirin nəticəsinə görə 235 №-li tam orta məktəbin  komandası 1-ci, 168 №-li tam orta məktəbin  komandası 2-ci, 186 №-li tam orta məktəbin komandası  3-cü yerə layiq görülmüşlər. Qalib komandalar kubok və diplomlarla  təltif olunmuşlar. Komandalara mükafatları Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Yusibov və şəhid Sarvan Mehralıyevin xalası oğlu Yaşar Haqverdiyev təqdim etmişlər.
Keçidlər