"İnsan hüquqlarının pozulmasının qarşısını alaq" mövzusunda dəyirmi masa keçirildi
03 iyun 2016 | 11:00
168 nömrəli tam orta məktəbdə " İnsan hüquqlarının pozulmasının qarşısını alaq" mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəlliməsi Səkinə Sadıqova mövzuya aid məruzə ilə çıxış edib və ölkəmizdə bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, “Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı” haqqında danışdı. Daha sonra çıxış edən məktəbin direktoru Şakir Mikayılov insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları barədə danışdı.
Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Lalə Məlikova çıxış edərək Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından tədbir iştirakçılarını salamladı və belə tədbirlərin şagirdlərin dünyagörüşünün, hüquqi biliklərinin artmasında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə respublikanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək Azərbaycanda "İnsan hüquqları" aylığı keçirilir.
Tədbir ümumi müzakirə formasında keçirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.