Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti ümumrayon iməciliyi keçirildi

06 iyun 2016 | 11:00
        Ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində  silsilə tədbirlər həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində rayonumuz abad və yaşıllıqlarla zəngin bir guşəyə çevrilməkdədir. Pirallahı qəsəbəsində ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Qəsəbənin mərkəzi yolboyu və ətraf ərazilər, yaşayış məhəllələri, dənizin sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək yerləri  abadlaşdırılır, yeni yaşıllıqlar salınır.
        Bununla əlaqədar Pirallahı rayonunun ərazisində növbəti ümumrayon iməciliyi keçirildi. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin və rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarının əməkdaşları iştirak etdilər. Qəsəbə sakinləri də iməcilik iştirakçılarına böyük həvəslə qoşulmuşlar. Aksiya zamanı əkilmiş ağaclar və gül kolları suvarıldı, ərazidə abadlıq, səliqə-sahman işləri görüldü. Mövsüm ərzində bu ərazidə əkilən ağaclara, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
        Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə uyğun olaraq hər həftənin şənbə günləri təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olur, ətraf ərazilərdə səliqə-sahman yaradır ki, bu da artıq ənənə şəklini almışdır.
Keçidlər