15 iyun - xaosdan qurtuluş deməkdir!
13 iyun 2016 | 11:00
Pirallahıda Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirildi
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir!
İyun ayının 13-də Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında təşkil edilmiş və 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan bayram tədbirini açıq elan edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışına bu sözlərlə başladı. V.İmanov bildirdi ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük İnsan, nəhəng Şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi.
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü ölkəmizdə bayram elan etdi.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur, dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, xaosdan qurtuluş deməkdir!
V.İmanov vurğuladı ki, əslində Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Şimaldan, cənubdan və qərbdən çirkin əllərini ölkəmizə uzadan mənfur niyyətli məkrli siyasətbazların qarşısına möhkəm bir sədd çəkildi. Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsindən sonra Azərbaycan dövlətinin xilası və gələcəyinin müəyyənləşdirilməsi məsuliyyəti Ulu Öndərin üzərində qaldı. Böyük alman filosofu Nitsşe deyirdi ki, “İnsan yalnız öz yükünü çəkməyə qadir olsa belə, qəhrəmandır.” Heydər Əliyev isə bütöv bir xalqın məsuliyyətini öz üzərinə götürdü və dağılmaq üzrə olan, parçalanan Azərbaycanı birləşdirdi.
Ulu Öndərimiz Azərbaycanı çox sevirdi və böyük azərbaycançılıq ideyasını belə ifadə edirdi: “Hər bir millət öz milli mənsubiyyəti ilə qürur duyur. Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu ifadə onun əməllərində də özünü daim göstərirdi. Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Dahi siyasətçi Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatların reallaşdırılması, bazar iqtisadiyyatının bərqərar olunması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının və aqrar islahatın həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur və bu günki uğurlarımızın əsasında dayanan başlıca faktorlar kimi qəbul edilməlidir.
Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir, - deyən V.İmanov xüsusi vurğulayır ki, - Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Böyük türk dünyasının dahi şəxsiyyətlərindən biri Çingiz Aytmatovun dili ilə desək, Prezident İlham Əliyev qloballaşan dünyanın müasir lideridir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı dərin düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi doğurur. Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, ölkəmizin sürətli tərəqqi yolu ilə inamla addımlamasının əyani sübutudur. Xüsusilə son aprel döyüşləri bunu bir daha sübut etdi. Hazırda Azərbaycan Ordusu 2000 hektardan çox ərazini işğalçılardan azad edib və çox böyük əraziyə nəzarət edir. “The Business Year” jurnalı tərəfindən Prezident İlham Əliyevin “Dünyada ilin adamı” seçilməsi yaxın gələcəkdəki daha böyük qələbələrimizin müjdəçisidir.
Qeyd olunmuşdur ki, bu gün regionda Azərbaycan Respublikası olmadan hansısa layihələri həyata keçirmək mümkün deyil. Müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünki dəyər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir. Azərbaycanın parlaq sabahı da bu siyasətə bağlıdır. Hazırda Azərbaycanın inkişaf etməsi məhz Qurtuluş Günü ilə başlayıb. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir və bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Dövlətimiz günü-gündən güclənir, qüdrətlənir. Aparılan bu məqsədyönlü, düşünülmüş siyasətin tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 21 dekabr 2012-ci il tarixli qərarı ilə yaradılan Pirallahı rayonu ilk gündən geniş abadlıq və quruculuq işləri meydanına çevrilmişdir. Cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli öz əksini tapmışdır. Məqsəd əhalinin güzəranını və maddi rifah halını daha da yüksək səviyyəyə qaldırmaqdan ibarətdir. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması və s. kimi məsələlər öz əksini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişaf onu deməyə əsas verir ki, həm rayonumuzda, həm də bütövlükdə respublikamızda davam edən geniş quruculuq işlərinin sayəsində, Prezident İlham Əliyevin vurğuladığı kimi, bir dənə də olsun nə iqtisadi, nə sosial, nə də infrastruktur problemi qalmayacaqdır! - deyən V.İmanov çıxışına yekun vurmuşdur.
Milli Məclisin deputatları Rauf Əliyev, Aydın Mirzəzadə və Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev öz çıxışlarında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, Azərbaycan dövlətçiliyinin ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdığını, Ümummilli Liderin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyini, inamımızı özümüzə qaytardığını, sabitlik və əmin-amanlığı bərpa etdiyini, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin qorunduğunu, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olduğunu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandığını vurğulamışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin bir dahi siyasətçi kimi Vətənimiz üçün gördüyü işlər Ona belə bir məşhur kəlamı söyləmək haqqı verdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Pirallahı rayonu orta məktəb şagirdlərinin, "Çobanyastığı” körpələr evi-uşaq bağçası və Uşaq Yaradıcılıq Mərkəzi yetirmələrinin çıxışları tədbirə xüsusi rövnəq qatdı. 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbirinə Şuşa Dövlət Musiqili Dram teatrının mərhum Xalq şairimiz Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırladığı eyniadlı musiqili ədəbi–bədii kompozisiya ilə yekun vuruldu.