Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda abadlıq və quruculuq işləri davam edir

05 iyun 2013 | 10:00
 Uzun illərdir baxımsızlıqdan əziyyət çəkən Pirallahıda mart ayından başlanan geniş abadlıq və quruculuq işləri yüksək templərlə davam edir. Pirallahı qəsəbəsinin mərkəzində yerləşən və kiçik yaşlı sakinlərimizin asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə “Uşaq əyləncə parkı”nın layihəsi hazırlanmış və tikintisinə başlanmışdır. Hazırda parkın mərkəzində mini-futbol meydançasının inşası sürətlə davam edir. Qəsəbədəki Böyük Vətən Müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin yeri dəyişdirilmişdir. Şəhidlər abidə kompleksinin qonşuluğuna köçürülən Böyük Vətən Müharibəsi abidəsi təmir olunmuş, hazırda ətraf ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri davam edir. Əvvəlki yerində diqqətdən kənarda qalmış Böyük Vətən Müharibəsi abidəsi indi 168 və 235 nömrəli məktəblərin arasında qərar tutmuşdur ki, bu da ərazidə müxtəlif tədbirlərin keçirilməsinə şərait yaradacaq, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcəkdir. Magistral yolun kənarlarındakı bordyurların təmiri və rənglənməsi başa çatdırıldıqdan sonra 29-cu məhəllədən başlayaraq yol kənarı səkilərin təmirinə başlanmışdır. Burada əsas işlərə paralel olaraq yol kənarı səkilər boyu yaşıllıqların və qazonların salınması da nəzərdə tutulmuşdur.
Keçidlər