Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd edildi

14 iyun 2016 | 11:00
         Rayonunun bütün ümumtəhsil məktəblərində  14 iyun 2016-cı il tarixində “Son zəng” tədbirləri keçirildi. “Son zəng” şənliklərinin qonağı olan Pirallahı RİH Aparatının məsul əməkdaşları Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından, XI sinif şagirdlərini təbrik etdilər, ölkə başçısının elm və təhsil sahəsindəki islahatlarından, təhsilə olan diqqət və qayğının günü gündən artmasından söz açdılar. Xüsusilə vurğulandı ki, ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətcə yüksəlməsi Prezident İlham Əliyev cənablarının diqqət və qayğısının bariz nümunəsidir. Bildirildi ki, yeni məktəblərin tikintisində Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə qeyd olunmalıdır. Məhz fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son illər çoxlu sayda yeni məktəb tikilmiş, köhnə məktəblər və uşaq bağçaları əsaslı təmir edilmişdir. Pirallahı rayonunda Dövlət Proqramına əsasən 168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi həyata keçirilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşası davam etdirilir.
         Pirallahı RİH Aparatının məsul əməkdaşları məzunlara orta məktəbin buraxılış və ali məktəblərin qəbul imtahanlarında müvəffəqiyyətlər arzuladılar.
           Tədbirlərdə rayon məktəblərinin şagirdləri bir-birindən maraqlı çıxışlar edərək günün sevincini yaşadılar. Sonda 11-cilər məktəbin simvolik bilik açarını birincilərə təqdim etdilər. "Son zəng" bütün məktəblərdə yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatdı.
             Qeyd edək ki, 2015-2016-cı tədris ilinin yekunlarına əsasən Pirallahı rayonunun 6 ümumtəhsil tam orta məktəbi üzrə 197 nəfər XI sinif şagirdi məzun olmuşdur.
Keçidlər