Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsində avtomobil yollarının yenidənqurma və təmir-bərpa işləri davam etdirilir

16 iyun 2016 | 11:00
         Pirallahı qəsəbəsində yol infrastrukturunun yenidənqurma və təmir-bərpa işləri davam etdirilir. Layihəyə əsasən, əsaslı şəkildə yenidən qurulan yol, bir sıra Avropa ölkələrində olduğu kimi velosipedlərin hərəkəti üçün nəzərdə tutulmuş xüsusi zolaqdan və iki hərəkət zolağından  ibarət olmaqla, 9 kilometr uzunluğundadır. Yolun hərəkət hissəsinin eni 12 metrə çatdırılaraq, nəticədə yolda avtomobillərin və velosipedlərin rahat və təhlükəsiz hərəkəti təmin olunacaqdır. Qeyd edək ki, işlər iki mərhələdə həyata keçirilir. İlkin mərhələdə, yolun 4,6 kilometrlik hissəsində əsaslı təmir işlərinə başlanmışdır. Belə ki, yolun genişləndiriləcək hissəsində torpaq yatağı möhkəmləndirilir, mövcud asfalt örtüyü qaşınır, yolboyu qaz, elektrik, rabitə, su-kanalizasiya xətləri yer altına salınır. Kommunikasiya xətlərinin yol ilə kəsişən və digər hissələrdə ümumilikdə 15 yerdə yeraltı gilizlər qoyulmuşdur. Həmçinin mərkəzi yol boyu qəsəbəni daimi içməli su ilə təmin edəcək ümumi uzunluğu 7,9 km olan yeni su xətlərinin çəkilişi də həyata keçirilir. Mərkəzi yolun genişləndirmə və əsaslı təmir işləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. 2016-cı ilin  avqust-sentyabr  aylarında layihənin tamamlanması  nəzərdə tutulur.
       Bununla yanaşı, Pirallahı qəsəbəsində məhəllədaxili yolların təmir-bərpa işləri aparılır. Ay ərzində,  “Azəravtoyol” ASC-nin 9 saylı Yol İstismarı MMC tərəfindən yolların 39-cu məhəllədə 1100 kvadrat metr, 40-cı məhəllədə 825 kvadrat metr, Əzizbəyov küçəsində 700 kvadrat metr, Səməd Vurğun küçəsində isə 500 kvadrat  metr hissəsi təmir olunmuşdur. Ümumilikdə, məhəllədaxili yolların 175000 kvadrat metr hissəsi təmir olunacaqdır.
           Abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq qəsəbənin Məşhədi Əzizbəyov küçəsində estetik görkəmi olmayan, rayonun ümumi memarlıq üslubuna zidd olan taxta konstruksiyalı qanunsuz tikililər, talvarlar sökülmüş ərazi abadlaşdırılmışdır.
Keçidlər