Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Narkomaniyaya yox deyək!” başlığı altında tədbir keçirildi

21 iyun 2016 | 11:00
          Pirallahı rayonunda narkomaniyaya aid mütamadi olaraq tədbirlər keçirilir. Keçirilən tədbirlərin tərkib hissəsi olaraq  21 iyun 2016-cı il tarixdə Mənzil Kommunal Təsərrüfat Birliyində “Narkomaniyaya yox deyək!” başlığı altında tədbir keçirildi. Tədbirə gələn qonaqlar təşkil olunmuş “Narkomaniyaya yox deyək!” başlıqlı sərgi ilə tanış oldular. 
         Tədbiri giriş sözü ilə Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramiz Verdiyev açaraq gələn qonaqları salamladı və bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri olan narkomaniya haqqında danışdı.  O, öz çıxışında qeyd etdi ki narkomanlığın tarixi çox qədimdir, hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara Yunan, Roma həkimlərinin əsərlərində rast gəlinir. Narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. Ən qorxulusu isə narkotik vasitələrə gənclərin meyl etməsidir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul  əməkdaşı Həsən Cəfərzadə yeniyetmə-gənclərdə sağlam həyat tərzinin formalaşmasında əsas amillərdən biri zərərli vərdişlərə aludəçiliyin qarşısının alınmasından söhbət açaraq bildirdi ki,
             narkotik maddələr gənclərin sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. Respublika Prezidentinin 1997-ci il tarixli Sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə” yaradılmış Dövlət Komissiyası ölkədə bu sahədə aparılan işlərə xüsusi təkan vermişdir.
             Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə aparılması Azərbaycan Respublikasının Cinayət Qanununda da öz əksini tapmışdır.
           Tədbirin sonunda mövzuya aid suallar cavablandırıldı və narkomaniya haqqında videoçarx nümayiş olundu.
Keçidlər