26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olundu
22 iyun 2016 | 11:00
22 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının silahlı Qüvvələr günü münasibətilə Pirallahı rayonunda yerləşən “N” saylı hərbi hissədə bayram tədbiri keçirildi. Pirallahı RİH-in əməkdaşları, rayonun təhsil və mədəniyyət ocaqlarının işçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə çıxış edən RİH başçısı Aparatının şöbə müdirinin müavini Vüsal Babayev bildirdi ki, ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edilmişdir. Diqqətə çatdırıldı ki, ulu öndər Heydər Əliyevin gərgin əməyi və misilsiz xidmətləri nəticəsində müstəqil respublikamızın suverenliyi və ərazi bütövlüyünü düşmən təcavüzündən qorumaq iqtidarında olan, qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirən qüdrətli ordumuzun yaradılması və inkişaf etdirilməsi suveren Azərbaycan dövlətinin dünyanın siyasi səhnəsində öz yerini almasında böyük əhəmiyyət daşımışdır. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirən, ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşdırılmasına nail olmuşdur.
N saylı hərbi hissənin komandiri, polkovnik Cəlil Seyfullayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin və hərbi sənaye kompleksinin inkişafına xüsusi diqqət yetirdiyini qeyd etdi, ordunun Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malik olduğunu bildirdi.
Sonra V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin özfəaliyyət “Cəzirə” ansamblı, məktəblilər zabit və əsgərlər qarşısında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Gənc müğənnilər Zakir Abbasəliyevin, Səbinə Əliyevanın, Tahir Salmanovun ifasında vətənpərvər, xalq və bəstəkar mahnıları, rəngarəng rəqslər, məktəblilərinin vətənə və orduya həsr olunmuş şeir kompozisiyası və digər maraqlı nömrələr alqışlarla qarşılandı. Əsgərlər incəsənət ustaları ilə birgə rəqs etdilər. Səhərdən başlayan bayram konserti günorta saatlarınadək davam etdi.
Sonda hərbi hissənin komandanlığı zabit, gizir və sıravi əsgərlərin adından yaddaqalan bir bayram tədbiri təşkil etdiyinə görə Pirallahı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirdi.