Dövlət qulluqçularının peşə bayramı qeyd olundu
23 iyun 2016 | 11:00
23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmişdir. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” yaradılıb, onun Nizamnaməsi təsdiq edilib. Mərkəzin əsas məqsədlərdən biri dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında mühüm rol oynayır.
Bu gün Pirallahı Rayon İcra Hakimiyyətində də əlamətdar gün münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etdi, onlara işlərində nailiyyətlər arzuladı. O, bu günün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətləri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi, qüvvəyə minməsi və digər hüququ aktlara dair imzaladığı qanun, fərman və sərəncamlar barədə geniş məlumat verdi. Qeyd etdi ki, bu sahədə çalışmaq böyük məsuliyyətdir. Hər bir dövlət qulluqçusu möhtərəm Prezidentimizin etimadına layiq çalışmalı, dövləti təmsil etdiyini, vətəndaşların hüquqlarının qorunması üçün onların üzərinə böyük məsuliyyət düşdüyünü hiss etməlidir.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman”lar təqdim olundu.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iyunun 22-də dövlət qulluqçularının peşə bayramı münasibəti ilə imzaladığı sərəncamla bir qrup dövlət qulluqçusu fəxri adlara layiq görülmüşdür. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilənlərdən biri də Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mahir Qoca oğlu Qarayevdir.