Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin növbəti konfransı keçirildi
30 iyun 2016 | 11:00
30 iyun 2016-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin konfransı keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov və RİH-nin məsul əməkdaşları, Pirallahı rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Konfransda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Pirallahı rayonunun Respublikanın ən gənc rayonu olmasına baxmayaraq qısa müddət ərzində burada vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, infrastruktur layihələrinin icrası istiqamətində kompleks tədbirlərin həyata keçirdiyini diqqətə çatdırdı. Bildirdi ki, görülən bütün işlərdə aidiyyəti idarə, müəssisə və təşkilatların fəaliyyəti danılmazdır. Qeyd olunan məsələlərlə yanaşı V.Səfixanov iki ilə yaxındır ki, fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin fəaliyyətinə də toxundu və qeyd etdi ki, Rayon bölməsi çox az müddətdə böyük işlər görmüşdür.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Dilbazi Babayevanın hesabat məruzəsi dinlənildi. Tutduğu vəzifədən könüllü olaraq istefa verən D.Babayevanın məruzəsindən sonra idarə heyəti üzvlərinin iştirakı və səsvermə yolu ilə rayon bölməsinə Təranə İskəndərova yeni sədr seçildi.
Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova yeni seçilən sədri cəmiyyət və tədbir iştirakçıları adından təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.
Təranə İskəndərova çıxış edərək ona göstərilən etimada görə idarə heyyətinin üzvlərinə və konfrans iştirakçılarına təşəkkürünü bildirdi və rayon bölməsinin bundan sonra da uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyinə söz verdi.