Azərbaycan Polisi Günü qeyd olundu
01 iyul 2016 | 11:00
Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə Pirallahı rayon Polis Şöbəsinin inzibati binasında tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin nümayəndələri, DİN Pirallahı Rayon şöbəsinin əməkdaşları, rayonun ictimaiyyət nümayəndələri iştirak etdilər.
Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov DİN əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik etdi, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçib. Ümummilli lider, ulu öndər Heydər Əliyevin Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında müstəsna rolu haqqında danışdı və bildirdi ki bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis işçilərinə diqqətlə və qayğıkeşliklə yanaşır.
Diqqətə çatdırıldı ki, bu il Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü qeyd olunur. 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldı və bu gün hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşü gənc kadrların hazırlanması kimi üzərilərinə düşən əsas vəzifələri layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirib.
Pirallahı rayon Polis Şöbəsinin rəis müavini Elmar Kazımov öz çıxışında Azərbaycan polisinin keçdiyi tarixi yolun şərəfli, eyni zamanda bu günkü nəsil üçün örnək olacaq bir yol olduğu bildirdi. Həmçinin, Pirallahı rayonunda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolu xüsusi qeyd etdi. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin maddi-texniki bazası günbəgün yaxşılaşır.
Tədbirin sonunda ictimai asayişin təmin olunması, həmçinin cinayətkarlıqla mübarizədə xüsusi fərqlənən bir qrup polis əməkdaşına Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim edildi.