Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsindəki çirkab mənbəyi olan göllər qurudulur

06 iyun 2013 | 10:00
  Bakı şəhəri Pirallahı rayonunun eyni adlı qəsəbəsində  rayonun baş planınına uyğun olaraq abadlıq və yenidənqurma işləri davam edir. Bu günlərdə adanın şimal hissəsində, Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulmasına başlanmışdır. Məlumat üçün bildirək ki, bu göl hələ sovetlər dönəmində lay və mədən sularının əraziyə axıdılması səbəbindən süni şəkildə yaranmışdır. Ərazisi 4 hektardan çox olan göl böyük bir ərazidə faydalı torpaq sahəsinin istifadədən kənarda qalmasına səbəb olmuşdu. Geniş bir torpaq sahəsinin yenidən Pirallahı sakinlərinin istifadəsinə qaytarılması məqsədilə artıq gölün qurudulması prosesinə başlanıb. Gün ərzində əraziyə 60 maşın torpaq tökülərək  buldozerlə hamarlanır. İş prosesinə ağır tonnajlı avtomaşınlar – 34 tonluq ŞADMAN, FORD və KAMAZ-lar cəlb edilib. Məqsəd ərazinin səviyyəsinin bir metrə qədər qaldırılmasıdır. Bütövlükdə gölün ərazisinə 1000 maşından çox, təxminən 10 min m3 torpaq töküləcəkdir. Göl tam qurudulduqdan sonra burada iki mərtəbəli yaşayış binalarının inşa edilməsi planlaşdırılır. Ərazidə torpaq işlərinə paralel olaraq gölün ətrafında da abadlaşdırma işləri gedir. Burada vətəndaşlar tərəfindən zəbt olunmuş sahələrdə xeyli sayda köhnə tipli, yararsız tikililər vardır ki, indi torpaq sahələri onlardan da təmizlənir, ərazidəki antisanitariya aradan qaldırılır. Hazırda ərazidə şaquli hamarlama işləri davam edir.
  Məlumat üçün bildirək ki, bundan əvvəl Pirallahı qəsəbəsinin mərkəzi hissəsində, İctimai mərkəz tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşən və çirkab mənbəyi olan 4 ədəd gölün suyu güclü nasoslar vasitəsi ilə çəkilərək göllər qurudulmuşdu.
Keçidlər