“Tolerantlıq - dini müxtəliflikdə birgəyaşayışdır” mövzusunda tədbir keçirildi
19 iyul 2016 | 11:00
19 iyul 2016-cı il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin kiçik akt zalında “Tolerantlıq - dini müxtəliflikdə birgəyaşayışdır” mövzusunda tədbir keçirildi. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pirallahı RİH-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov prezident İlham Əliyevin 2016-cı ilin 11 yanvar tarixli 1673 nömrəli Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürmələrini, onların azadlıq, dostluq mühitində yaşadığını vurğuladı. Diqqətə çatdırıldı ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur.
Pirallahı RİH-ti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini ( dini qurumlarla işin təşkilatçısı) Vüsal Babayev, Dövlət Təhlükəsizlik Xidmətinin Pirallahı rayon şöbəsinin rəisi Razi Qədirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin məsul əməkdaşı Nurlan Əzizov öz çıxışlarında bildirdilər ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısının bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir. Belə ki, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətlər bəslənilir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir.
Daha sonra çıxış edənlər bildirdilər ki, ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasətinin formalaşmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Bu gün Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlətdir. Dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bir çox sahələrdə olduğu kimi, tolerantlıq və dini dözümlülük baxımından da nümunə göstərilir.