Ağdamsız 23 il
23 iyul 2016 | 11:00
Dağlıq Qarabağ münaqişəsi Avrasiyada ən qanlı münaqişələrdən biri kimi tanınmışdır. Düzdür, 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalandıqdan sonra döyüş əməliyyatları dayandırıldı, lakin münaqişə heç də "dondurulmamışdır". Atəşkəs barədə razılaşma əldə edilən gündən sülh sazişinə nail olmağa yönəlmiş danışıqlar səmərə verməmişdir.
İşgal altında olan torpaqlardan biri də Ağdam rayonudur. Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən 1993-cü il iyulun 23-də işğal olunub. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.
İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikilisi, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 klub olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.
Qeyd etmək lazımdır ki, bu gün müstəqil respublikamız iqtisadi inkişaf tempinə görə dünyada fərqlənən bir dövlətdir. Müstəqil Azərbaycan Respublikası ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün, düşünülmüş, məntiqi siyasətin nəticəsi olaraq hərtərəfli inkişaf edir. Buna bariz nümunə kimi aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alınması nəticəsində 2 min hektar ərazinin işğaldan azad edilməsi bunu bir daha sübut edir. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayaraq bildirir ki, “Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir”.