Pirallahı rayonunda genişmiqyaslı abadlıq işləri həyata keçirilir
04 avqust 2016 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayonumuzda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almış, həlli vacib olan problemlər isə öz həllini tapmaqdadır.
Pirallahı adasını əsas quru ilə birləşdirən avtomobil yolu körpüsündə tikinti-quraşdırma və körpünün girişlərində sahilbərkitmə işləri davam etdirilmişdir. Körpünün girişlərində 400 kvadrat metr uzunluğunda istinad divarı cilalanıb rənglənmişdir. 55 ədəd işıq dirəkləri və onların üzərində bir gözlü fənərlər quraşdırılmışdır. İşıq dirəklərinin dayanıqlığını təmin etmək üçün 96 ədəd metal təbəqənin qaynaq olunması, təmizlənməsi və rənglənməsi işləri aparılmışdır. Kommunikasiya xətlərinin yerlərinin dəyişdirilərək körpünün kənarında piyadaların keçidi üçün nəzərdə tutulmuş plitənin altından keçirilməsi işləri davam etdirilir. Mövcud qaz xəttinin isə yerinin dəyişdirilməsi üçün qazıntı işlərinə başlanılmışdır. 4569 poq/m 35 kv-lıq kabel xətti d=110mm PVC borulardan keçirilmişdir.
Mərkəzi yolda yenidənqurma işləri davam etdirilmişdir. Kommunikasiya xətləri üçün nəzərdə tutulan 18 ədəd gilizin (yeraltı ehtiyat keçid boruları) yerləri hazırlanmış və quraşdırma işləri davam etdirilmişdir. Mərkəzi yolun genişləndirilməsi ilə əlaqədar S.Vurğun küçəsində 9 mərtəbəli binaya gedən yolun sol hissəsindəki 200 m uzunluğunda mövcud hasarın söküntü işləri və yeni hasarın tikintisi davam etdirilmişdir. Həyətlərə giriş üçün yeni qapılar quraşdırılır. 29-cu məhəllədən başlayaraq Pirallahı İdman Kompleksinin qarşısınadək mərkəzi yolun kənarın boyu yeni hasarın inşası davam etdirilir. 28-ci məhəllədə mərkəzi yol kənarı hasarda tamamlama və S.Vurğun küçəsində "Şəfa sanatoriyası"nın yanındakı hasarda üzləmə işləri aparılır.
K.Rzayev küçəsində 6 ədəd, Fioletov küçəsindəki bir və iki, S.Bağırov küçəsindəki 9 ədəd üç, dörd və beş mərtəbəli yaşayış binalarının fasadlarında və dam örtüklərində təmir işlərinə başlanılmışdır. Binaların fasadlarında suvaq və rənglənmə işləri, dam örtüklərində isə təmir-bərpa işləri görülür.
28-ci məhəllədə 12 və 14 nömrəli binalarda təmir işlərinin tamamlanmaq üzrədir. Eyni zamanda 2 nömrəli binanın fasadında da təmir işləri davam etdirilir. Mərkəzi yol boyu ümumi görünüşə xələl gətirən tikililərin dam örtüklərində təmir işlərinə başlanılmışdır. S.Bağırov küçəsində 9, S.Vurğun küçəsində isə 6 qeyri-yaşayış obyektlərinin əsaslı təmir işlərinə başlanılmışdır.
Magistral yolun yenidən qurulması ilə əlaqədar Pirallahı qəsəbəsində əhalini içməli su ilə təmin edən 200 metr uzunluğunda müxtəlif diametrli su xəttinin yeri dəyişdirilmişdir. Mərkəzi yolun hər iki tərəfi boyunca yeni su xətlərinin çəkilişi başa çatmaq üzrədir. K.Rzayev küçəsində 12, 14 və 16 nömrəli binaların zirzəmilərində təmir işləri aparılmış və çirkab su sizmalarının qarşısı alınmışdır. Həmçinin 2 nömrəli binanın zirzəmisində 16 metr boru dəyişdirilmişdir. Zirzəmilərdən çirkab sular nasoslar vasitəsi ilə təmizlənmişdir. Su anbarlarından laboratoriya şəraitində yoxlanmaq üçün nümunələr götürülür və mütəmadi olaraq profilaktik tədbirlər görülür. Bununla da əhaliyə verilən suyun keyfiyyətinə nəzarət edilir.
İyul ayında Əzizbəyov küçəsində əsaslı təmir işləri görülmüş və 2164 kvadrat metr asfalt-beton döşənmişdir. Qala-Pirallahı avtomobil yolunun rayon ərazisindən keçən hissəsində əyrixətli təhlükəsizlik tirlərinin və yol ayırıcılarının tozdan və palçıqdan, həmçinin döşəmə daşlarının ot-alaqdan təmizlənməsi işləri görülmüşdür.