Azərbaycan yığması 7-ci medalı qazandı
18 avqust 2016 | 11:00
Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illərdə özünü bütün sahələrdə göstərən böhran səbəbindən idman siyasəti də tamamilə diqqətdən kənarda qalmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra sosial sferanın bütün sahələrində olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev demişdir: “...Mən, həqiqətən, şadam ki, Azərbaycanda idman və Olimpiya hərəkatı artıq həyatımızın bir hissəsinə çevrilib, idmançılara və veteranlara münasibət yüksək səviyyədədir”. Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biridir. Bu danılmaz həqiqət və təsdiq olunmuş faktdır. Qələbə sədaları Olimpiya oyunlarından, Avropa çempionatlarından, beynəlxalq turnirlərdən gələn Azərbaycan bu sahədə inkişafa görə nəinki keçmiş SSRİ respublikalarını, hətta əksər Avropa dövlətlərini də geridə qoyur.
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında 12 gündən sonra yığmamızın aktivindəki medalların sayı 7-ə çatdı. Onlardan 3-ü gümüş, 4-ü isə bürüncdür. Avqustun 18-nə olan vəziyyətə görə Azərbaycan medal qazanmış 70 ölkənin siyahısında 55-cı pillədədir.
Olimpiya Oyunlarının 12-ci günündə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
“Rio-2016” Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında ilk Azərbaycan idmançısı Patimat Abakarova fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub və Azərbaycana yeddinci medalı qazandırıb.