Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan yığması öz tarixində rekord sayda olimpiya medalı qazandı

22 avqust 2016 | 11:00
         Dövlətimizin sosial-iqtisadi mövqeyinin möhkəmlənməsi ilə yanaşı, bu gün Azərbaycanda idmanın maddi-texniki bazasının yaxşılaşdırılması üçün hər cür şərait yaradılır. İqtisadi inkişaf  tempinə görə regionun lider dövlətinə, nüfuzlu söz sahibinə çevrilən Azərbaycan artıq sürətlə qloballaşan dünyada idman ölkəsi kimi də tanınır. Son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, paytaxt Bakının, eləcə də digər şəhər və rayonlarımızın çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etməsi, yeniyetmə və gənclərimizin qazandıqları saysız-hesabsız medallar bunun bariz nümunəsidir. İdmançılarımız ilk dəfə müstəqil dövlətin təmsilçiləri kimi 1996-cı ildə Atlantada Olimpiya Oyunlarında bir medal, ondan sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə Pekində yeddi və 2012-ci ildə Londonda on medal qazanmışlar.
        Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarını Azәrbaycan milli komandası 18 medalla başa vurdu. Yığmamız medal qazanmış 78 ölkənin siyahısında 39-cu pillədədir, medal sayında isә 14-cü oldu.
        Azərbaycan taekvondoçusu Radik İsayev Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının çempionu adını qazanaraq xalqımıza qələbə sevinci bəxş edib.
         Cüdocular Rüstəm Orucov (73 кг) və Elmar Qasımov (100 кг), güləşçi Mariya Stadnik (48 кг), kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə), sərbəst güləşçilər Togrul Əsgərov (65 кг) və Xətaq Qazyumov (97 кг), eləcə də boksçu Lorenso Sotomayor gümüş medal qazanıb.
        Bürünc medalları isə sərbəst güləşçilər Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq), yunan-Roma güləşçiləri Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçi Natalya Sinişin (53 kq), taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beigi Harçeqani (80 kq), həmçinin kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) və boksçu Kamran Şahsuvarlı (75 kq) əldə edib.
Keçidlər