Pirallahıda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır
05 sentyabr 2016 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq, Pirallahı qəsəbəsində yol infrastrukturunun yenidənqurma və təmir-bərpa işləri aparılır. Avqust ayında qəsəbənin daxilindən keçən magistral yolun yenidənqurulmasına hazırlıq işləri davam etdirilmişdir. Belə ki, kommunikasiya xətləri üçün nəzərdə tutulan 18 ədəd gilizin (yeraltı ehtiyat keçid boruları) yerləri hazırlanmış və quraşdırma işləri davam etdirilmişdir. Yol boyu yerləşən ümumi görünüşə xələl gətirən tikililərin dam örtüklərində və fasadlarında təmir işləri davam etdirilmişdir. Paralel olaraq rayon ərazisində yerləşən qeyri-yaşayış obyektləri də rayonun ümumi memarlığına uyğunlaşdırılır. Qəsəbənin daxilindən keçən magistral yolu yaxın zamanlarda müasir işıqlandırma sistemi ilə təmin ediləcək. 130-dan artıq yeni müasir işıq dirəyin quraşdırılmasına hazırlıq işləri görülməkdədir.
Pirallahı qəsəbəsində Süleyman Bağırov və Kamil Rzayev küçələrində yerləşən bazarlarda və Səməd Vurğun küçəsində yerləşən iaşə obyektlərində əsaslı yenidənqurma işlərinə başlanılmışdır.
Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpüdə tikinti-quraşdırma və sahilbərkitmə işləri davam etdirilir, körpünün üzərində və ətrafında işıqlandırma dirəkləri quraşdırılmışdır. Körpüdə görüntülərin kamera vasitəsilə qeydə alınması üçün 180 p/m kabel xətti çəkilmişdir. Körpünün girişlərində yan divarlar cilalanaraq rənglənmişdir. Kommunikasiya xətlərinin yerlərinin dəyişdirilərək körpünün səki hissəsinin altında quraşdırılmış metal konstruksiyaların daxilindən keçirilməsi işləri davam etdirilir. Körpünün kənarları boyu 1116 p/m uzunluğunda məhəccər qaynaq edilərək rənglənmişdir. 240 m uzunluğunda 35 kv-lıq kabel xətti 6 sırada PVC borulardan keçirilmişdir.
27 ədəd yaşayış binasında əsaslı təmir işləri aparılır. Onlardan 10-u 5 mərtəbəli, 3-ü 4 mərtəbəli, 4-ü 3 mərtəbəli, 10-u isə 2 mərtəbəlidir.
Mərkəzi yolun genişləndirilməsi ilə əlaqədar S.Vurğun küçəsində 9 mərtəbəli binaya gedən yolun sol hissəsində 200 m uzunluğunda dekorativ hasarın tikintisi başa çatdırılmışdır. Yaşayış evlərinin girişləri üçün yeni qapılar quraşdırılmışdır. Hal-hazırda hasarda dekorativ üzləmə işləri aparılır. 29-cu məhəllədən başlayaraq Pirallahı İdman Zalının qarşısınadək mərkəzi yolun kənarı boyu ümumi uzunluğu 1200 m olan yeni hasarın tikintisi başa çatmaq üzrədir. Hasarlarda dekorativ elementlərin quraşdırılması işləri aparılır. Eyni zamanda S.Vurğun küçəsində "Şəfa sanatoriyasının" yanındakı hasarda ağlay üzləmə işləri aparılmışdır.
Balıqyetişdirmə kompleksinin ərazisi yararsız tikililərdən sökülərək təmizlənmişdir. Ərazinin dekorativ hasara alınması nəzərdə tutulur.
Rayonun qaz təchizatının yaxşılaşdırılması məqsədilə mövcud xətlərin yeraltı polietilen borularla əvəz olunması işləri aparılır. Həmçinin mərkəzi yol boyu S.Vurğun küçəsi 40-cı məhəllədən başlayaraq “Gənclər parkı”na qədər olan hissədə elektrik xətlərinin yeraltı xətlərlə əvəz olunmasına başlanılmışdır. 8 ədəd müasir tipli transformator məntəqələrinin tikintisinə start verilib.
S.Vurğun küçəsi 28-ci məhəllədə ulu öndər Heydər Əliyevin rəsmi asılacaq postamentin tikinti-quraşdırma işləri aparılır. Həmçinin, S.Vurğun küçəsinin sonunda, mərkəzi yolun hər iki tərəfi boyunca hasarlarda barelyeflərin hazırlanması işləri görülür.
Pirallahı qəsəbəsində magistral yolun yenidən qurulması ilə əlaqədar əhalinin təminatı üçün nəzərdə tutulmuş müxtəlif diametrli 200 metr uzunluğunda su xəttinin yeri dəyişdirilmişdir. S.Bağırov küçəsində 4 və 16 saylı yaşayış binalarının zirzəmilərində təmir işləri aparılmış və axıntıların qarşısı alınmışdır. Zirzəmilərdən çirkab sular nasoslar vasitəsi ilə təmizlənmişdir. Bununla yanaşı 28-ci məhəllə ev 4-ün və 29-cu məhəllə ev 8-in zirzəmiləri mütəmadi olaraq qrunt sularından təmizlənir. Su anbarlarından laboratoriyalarda yoxlanmaq üçün mütəmadi olaraq su götürülür və profilaktiki tədbirlər görülür. Ümumilikdə avqust ayı ərzində 115 metr su və 140 metr kanalizasiya xətti təmir edilmişdir. Bundan əlavə müxtəlif diametrli 2800 metr kanalizasiya xətti mexaniki üsulla təmizlənmiş, magistral yolun təmiri ilə əlaqədar S.Vurğun küçəsində kanalizasiya şəbəkəsinin 20 metr uzunluğunda yoldan keçən hissəsi yenidən qurulmuşdur.
Kamil Rzayev küçəsində avqust ayı ərzində 2368 m² asfaltbeton örtüyü təmir olunmuşdur.
Pirallahı rayonunda “Sənaye zonası” adlanan ərazidə ayrılmış 0.80 ha torpaq sahəsində asfaltbeton zavodunun tikilməsi üçün ərazi təmizlənərək hasara alınmış və zavodun inzibati binasının tikintisi yekunlaşdırılmışdır.