Pirallahı rayonunda “Beynəlxalq Sülh Günü” münasibətilə silsilə tədbirlər keçirilir
07 sentyabr 2016 | 11:00
“Sülh aylığı” çərçivəsində Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Pirallahı kütləvi kitabxanasında “Beynəlxalq Sülh Günü” münasibətilə tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Pirallahı RİH-nin əməkdaşları, YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin üzvləri, rayonun təhsil, mədəniyyət ocaqlarının işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirlərdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan xalqı əsrlər boyu özünün sülhsevərliyi, humanizmi ilə tanınıb. Lakin bu gün Azərbaycan torpaqlarının 20 faizi xain qonşular tərəfindən işğal altında saxlanılır, 1 milyondan çox soydaşımız doğma Vətənimizdə məcburi köçkünə çevrilib. Dövlətimizin Başçısı, Prezident İlham Əliyev təcavüzkarların geri oturdulması, torpaqlarımızın işğaldan azad edilməsi üçün dinc danışıqlara, sülh prosesinə üstünlük verir. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun ildən-ilə daha da güclənməsi məqsədilə zəruri olan bütün tədbirləri görür. Bu gün Milli Ordumuz regionda ən güclü ordudur, bütün sahələrdə düşməndən qat-qat üstündür və bu fakt onu sübut edir ki, biz sülh istəyirik. Lakin heç kəs Azərbaycan xalqının sülhsevərliyindən, humanizmindən, insanpərvərliyindən sui-istifadə edə bilməz. Hər qarış Azərbaycan torpağı, doğma Qarabağımız, Prezident İlham Əliyevin dediyi kimi, ya sülh, danışıqlar, ya da başqa yolla mütləq düşmən tapdağından azad ediləcəkdir. Bu prosesin dinc yolla baş verməsinin qaçılmaz olmasını mənfur qonşularımız nə qədər tez anlasalar, məhz onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı sülh prosesinə daim sadiqdir.
Növbəti tədbir 06 sentyabr 2016-cı il tarixində 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində keçirildi. Rəsm əsərlərindən təşkil olunmuş sərgidə Mərkəzin rəsm dərnəyinin gənc istedadlarının sülh və azadlıq ideyalarına həsr edilmiş rəsmləri nümayiş olundu.