“N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirildi
11 sentyabr 2016 | 11:00
11 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, Qurban bayramı ərəfəsində respublikamızın bütün hərbi hissələrində, o cümlədən Pirallahı rayonu ərazisində yerləşən N saylı hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirildi. Tədbirdə həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Ağsaqqallar Şurasının üzvləri və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsinin nümayəndələri iştirak etdilər.
Ziyarətçilər, ictimaiyyət nümayəndələri hərbi hissədə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış oldular, eləcə də əsgər yataqxana və yeməkxanasına baş çəkdilər.
Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən bayram münasibətilə bütün hərbi hissələrə qurbanlıq heyvanların çatdırılması və kəsilməsi təmin edilmişdir. Bu gün şəxsi heyət üçün bayram süfrələri də təşkil olunmuşdur.