Pirallahı rayonunda “Beynəlxalq Sülh Günü” münasibətilə silsilə tədbirlər keçirilir
21 sentyabr 2016 | 11:00
21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur və bu əlamətdar gün münasibətilə Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.
21 sentyabr 2016-cı il tarixində 186 nömrəli tam orta məktəbdə "Yurdda sülh, cahanda sülh!" başlığı altında tədbir keçirildi. Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Əliyev əbədi mövzu olan sülh mövzusunu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Həmçinin o, çıxışında qeyd etdi ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail olaraq, dövlətimizin sülh arzusunun ifadə etdi. Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.
Tədbirdə çıxış edən 186 nömrəli tam orta məktəbin direktoru Arif Xankişiyev qeyd etdi ki, hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində, 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bu aylıq çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil olunur. Bu aylıq çərçivəsində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər təşkil edilir.
“Beynəlxalq Sülh Günü” münasibətilə keçirilən tədbirdə məktəbin şagirdlərinin sülhə həsr olunmuş maraqlı kompozisiyalarına, rəqslərinə tamaşa olundu və şeirlər dinlənildi.