Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəklədi

28 sentyabr 2016 | 11:00
      Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər olunması ilə bağlı ümumxalq səsverməsi keçirildi. Səsvermədə seçicilər fəal iştirak etdilər. Ölkə üzrə bütün məntəqələrdə səsvermə səhər 8-də başladı və saat 19-da başa çatdı.
       Səsvermə 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirildi. Ölkə üzrə qeydə alınmış seçicilərin sayının 5 milyon 276 min 111 nəfər olduğu, seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülletenin paylandığı bildirildi.
       Ümumilikdə referendum bütün məntəqələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildi.
       Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.
       Azərbaycanın bütün ərazisində olduğu kimi, Pirallahı rayonunda da referendumda mütəşəkkillik müşahidə olundu. Bu, onunla əlaqədardır ki,  Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər zamanın tələbinə cavab verir,  ölkəmizin və xalqımızın gələcək rifahına xidmət edir. 44 məntəqəsi olan və 47 min 795 nəfər seçici siyahısına malik  13 saylı Xəzər-Pirallahı seçki dairənin təkcə Pirallahıdan olan seçicilərinin sayı 10926 nəfərdir.  Dairənin ərazisindəki 44 seçki məntəqəsindən 10-u Pirallahı rayonunda yerləşir. Bunlardan 2-si Xəzər dənizində yerləşən və inzibati olaraq Pirallahı rayonuna daxil olan adalarda, ( Neft Daşları və Çilov ) 7-si Pirallahı qəsəbəsində, 1 məntəqə isə Gürgən qəsəbəsində yerləşir.
            Yekun məlumatlara görə, 13 saylı Xəzər-Pirallahı DSK-da seçicilərin 68,66 faizi (32 min 816 nəfər) səs vermişdir.
Keçidlər