Ulu öndər Heydər Əliyevin prezident seçilməsindən 23 il ötür
03 oktyabr 2016 | 11:00
1993-cü il oktyabrın 3-də xalqımız ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinə səs verib. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
Ulu Öndər həyatının bütün mərhələlərində Azərbaycana xidmət edib.
“Mən həmişə xalqla bir olmuşam, xalqın taleyini öz taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə həsr etmişəm və son nəfəsimədək bu yolda mübarizə aparacağam” deyən Heydər Əliyevvədinə sadiq qalaraq Azərbaycan Respublikası kimi qüdrətli və sürətlə inkişaf edən bir dövlət qurub. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik edən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcə də, dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub. Ulu öndərin rəhbərliyi dövründə Azərbaycan, tarixi inkişaf və misilsiz tərəqqi yolu keçib. 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas edib. Uzaqgörən siyasəti nəticəsində müstəqil azərbaycan dövlətçiliyinin sarsılmaz siyasi-iqtisadi, milli və demokratik əsasları yaradılıb. Ulu Öndərin ordu quruculuğu, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunması, azərbaycançılıq ideologiyasının formalaşdırılması və digər taleyüklü məsələlərin həllində misilsiz xidmətləri var. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün Azərbaycana siyasi-iqtisadi dividentlər gətirir və ona böyük perspektivlər vəd edir. Qədirbilən Azərbaycan xalqı öz böyük oğlunun xatirəsini daim uca tutur. Ulu Öndərin memarı, müəllifi və qurucusu olduğu müstəqil Azərbaycan Respublikası bu gün yaşayır, onun quruculuq yolu yeni meyarlarla zənginləşdirilərək davam etdirilir, ölkəmizdə qlobal əhəmiyyətə malik layihələr həyata keçirilir. Azərbaycan bu gün zirvələr fəth edir, regional təhlükəsizliyə öz töhfəsini verir. Paytaxt Bakı şəhəri, qədim Naxçıvan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. Bütün bu möhtəşəm uğurların təməli yeni mərhələdə-1993-cü ildən başlanan Heydər Əliyev siyasi xətti ilə qoyulub.
Ümummilli Liderin qarşıya qoyduğu əsas vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur. Sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş ümumxalq səsverməsinin nəticələri bu birliyin nə qədər möhkəm olduğunu bir daha təsdiqlədi.