Şriftin ölçüsü :

Saytın rəngi :

İlin sonunadək binalara istilik verilməsi bərpa ediləcəkdir

12 iyun 2013 | 10:00

   Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin verdiyi məlumata əsasən adanın şimal hissəsində, Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması prosesi davam edir. İş prosesinə ağır tonnajlı avtomaşınlar –7 ədəd ŞADMAN, FORD və KAMAZ cəlb edilib. Maşınlarla 15 km məsafədən gün ərzində səkkiz reys edilərək göl ərazisinə min tonadək torpaq tökülür. Paralel olaraq drenaj işlərinə və kanalizasiya sisteminin qurulmasına başlanıb, ətraf ərazidəki antisanitariya aradan qaldırılır.
  Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi davam edir. May ayı ərzində 2 km 226 m, iyun ayının 10 günü ərzində isə 1 km 450 m su xətti çəkilib. Hazırda Kamil Rzayev küçəsində işləri tamamlayan Su-Kanal departamenti 40-cı məhəllədə fəaliyyətə başlayıb. Kamil Rzayev küçəsində isə asfaltın alt örtüyü vurulur, ərazi təmizlənir, abadlaşdırılır, tezliklə kanalizasiya sisteminin yenidən qurulmasına başlanacaqdır. Eyni zamanda qəsəbədaxili və magistral su xətləri də çəkilir.     
Qəsəbənin giriş hissəsində iki yerdə müasir tipli yeni dayanacaq inşa edilmiş, bunula da Pirallahıda qurulan müasir dayanacaqların sayı 4-ə çatdırılmışdır. Rayonda 10 yerdə müasir tipli zibil meydançası quraşdırılmışdır və köhnə zibilxanaların estetik görünüşünün müasirləşdirilməsi işləri də davam edir. 40-cı məhəllədə istilik sisteminin bərpası prosesinə başlanıb. “Azəristilik” birliyi qazanxananın quraşdırılmasına start verib və ilin sonunadək 5 binaya istilik verilməlidir. Digər məhəllələr üçün də istilik sisteminin bərpası layihələri işlənilir.
  S.Bağırov küçəsində “Xeyir-şər” evində asma tavan vurulub, elektrik işləri başa çatıb, boya işləri tamamlanmaq üzrədir. Kamil Rzayev küçəsində “Xeyir-şər” evinin üstünün 18 fermasından son 6-sı yığılır. Qaynaq işləri başa çatan kimi montaj-quraşdırma işlərinə başlanacaqdır. Qeyd etmək yerinə düşər ki, belə fermaların qeyri-zavod şəraitində yığılması böyük ustalıq tələb edir və MKTB bu işləri öz gücü hesabına həyata keçirmişdir. Bundan başqa, 29-cu məhəllədə 2 kölgəlik qurulmuş, rənglənmə, ətraf ərazinin abadlaşdırılması işlərinə start verilmişdir. 28-ci məhəllədə qurulmuş kölgəliyin isə dam örtüyü vurulmuşdur. 40-cı məhəllədəki Pirdə suvaq işləri başa çatıb, plastik pəncərələr quraşdırılıb.
  Bütün bu işlərin yerinə yetirilməsinə digər işçi qüvvəsi ilə yanaşı Pirallahıdan 25 usta və fəhlə cəlb edilmişdir. Daha 30 nəfər sürücüdən ibarət işçi qüvvəsi ehtiyatı yaradılmışdır ki, MKTB-yə yeni texnika daxil olduqca onlar işə cəlb ediləcəklər. Bu günlərdə MKTB-yə hərəsindən bir ədəd olmaqla mikroavtobus, zibildaşıyan və pikap daxil olmuşdur. MKTB-nin bazasında da təmir-quraşdırma işləri davam edir.

Keçidlər