Dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirildi
07 oktyabr 2016 | 11:00
07 oktyabr 2016-cı il tarixdə Pirallahı rayonunda dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlər çərçivəsində “Milli mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirildi. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, ziyalılar, hüquq-mühafizə orqanlarının nümayəndələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev çıxışında qeyd etdi ki, ümummilli lideri Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir. “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” sözləri onun dinə baxışını çox gözəl bir şəkildə xülasə edir. O, dinimizin ilahi əxlaqi dəyərlər sistemi olaraq mənimsənilməsinin, xüsusilə gənclərin formalaşmasında müsbət bir funksiya icra edəcəyini düşünürdü. Heydər Əliyev azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət edirdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissi yaşamasını isə tolerantlığın bariz təzahürü hesab edirdi. 1993-cü ilin, iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev hər bir sahədə olduğu kimi, dini ibadətgahlarımızın və abidələrimizin bərpası, onların yenidən inşası istiqamətində də bir yenilik etdi. Diqqətə çatdırıldı ki, Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsidir.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Samir Yoldaşov tədbirdə çıxış edərək tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmasından, ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrilməsindən danışdı. O, qeyd etdi ki, müəyyən siyasi qüvvələrin dəstəyi ilə müxtəlif formada fəaliyyətdə olan radikalizmlə mübarizəni, biz gənclər, Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, yüksək vətənpərvərlik və vətəndaşlıq həmrəyliyi nümayiş etdirərək aparmalıyıq. Diqqətə çatdırıldı ki, müasir dünyada xüsusilə Yaxın Şərqdə dini zəmində münaqişələr, dini radikalizm və ekstremizmin artması, Avropada islamafobiya və antisemitizm meyillərinin güclənməsi multikulturalizm ideyalarının tənəzzülünün təzahürüdür. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə Azərbaycanda da zaman-zaman öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərsələr də, dövlətimiz tərəfindən dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm qanunvericilik, institusional və inzibati tədbirlər bu kimi meyillərin ölkəmizdə sosial dayaq tapmasına imkan verməmişdir. Bundan başqa, respublikamızın bütün bölgələrini əhatə edən dini maarifləndirmə işləri radikal və ekstremist dünya görüşünün Azərbaycan cəmiyyətinə sirayət etməsinin, xüsusilə də gənclərin milli-mənəvi dəyərlərimizə zidd ideologiyaların təsiri altına düşməsinin qarşısını alan mühüm faktorlardandır.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Fitnə” sənədli filminin nümayişi keçirildi. Film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.