Pirallahı adasını sahillə birləşdirən körpünün tikintisi başa çatıb
11 oktyabr 2016 | 11:00
Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb, körpü ətrafında isə son tamamlanma işləri həyata keçirilir.
Körpünün girişlərində 450 kub metr yol geyiminin əsası kipləşdirilmişdir. Hazırda körpünün orta aşırımlarının altında, 120 m-lik hissədə suyun gəmilərin hərəkəti üçün açılması məqsədilə mövcud dambanın torpaq yatağının sökülməsi işləri yerinə yetirilir, kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir. Rabitə xəttinin köçürülməsi məqsədilə yeni boruların atılması üçün 700 m uzunluğunda, 0,8 m enində, dərinliyi isə 1 m olan xəndək qazılmış, 1600 m uzunluğunda 35 kV-lıq köhnə kabel çıxarılmışdır. Kommunikasiyaların keçirilməsi üçün quraşdırılmış metal konstruksiyanın rənglənmə işləri aparılmışdır. Kommunikasiya xətlərinin körpünün alt hissəsindən keçirilməsi üçün hər bir istiqamət üzrə xüsusi dəmir konstruksiyalar da quraşdırılıb. Kommunikasiya xətlərinin yuxarı qaldırılaraq körpünün altından keçirilməsinə səbəb isə gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissəsinin açılmasıdır. Artıq sözügedən keçid hissənin də açılmasına başlanılıb.
Qeyd edək ki, “Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması” layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb. Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq mərhələli şəkildə aparılıb. Layihə çərçivəsində inşa edilən və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə uzunluğu 1360 metrdir. Körpünün eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü 11 metrdir.