Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda məcburi köçkünlərlə görüş keçirildi

15 oktyabr 2016 | 11:00
       Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemlərinin həlli Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin gündəlik işinə çevrilmişdir. Pirallahı rayonunda da məcburi köçkünlərə diqqət və qayğı daim diqqət mərkəzində saxlanılır, onlara problemlərinin həlli istiqamətində müvafiq köməkliklər göstərilir. Qeyd edək ki, Pirallahıda məcburi köçkün düşmüş ümumilikdə 900 nəfərdən çox soydaşımız rayonun köhnə xəstəxana, sanatoriya və uşaq bağçasında, ictimai binalarda, bağ sahələrində məskunlaşmışlar.
        14 oktyabr 2016-cı il tarixdə 168 nömrəli tam orta məktəbin akt zalında Laçın rayonundan olan məcburi köçkünlərlə görüş keçirildi.
       Laçın Rayon İcra Hakimiyyətinin başçısı  Aqil  Nəzərli Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən danışaraq, ötən illərdə olduğu  kimi, 2016-cı ilin ötən dövründə də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə  çatdırdı. Bununla yanaşı o, ölkə başçısının  məcburi köçkünlərə olan diqqət və qayğısından, bu qayğının əsasının hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başladığını, bu gündə İlham Əliyev  tərəfindən uğurla inkişaf etdirildiyini bildirdi.
      Tədbirdə çıxış edən Sevda Alxasova, Emin İlyasov və digər məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki, hər zaman olduğu kimi, bu gün də bütün laçınlılar Prezident İlham Əliyev cənablarının milli maraqlara söykənən daxili və xarici siyasətini, Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ münaqişəsi istiqamətində apardığı uğurlu siyasəti və dəyişməz mövqeyini  hamılıqla bəyənir və dəstəkləyirlər.  Onlar bu siyasətin ölkəmizin ərazi bütövlüyünün bərpasına gətirib çıxaracağına qəti  əminliklərini bildirdilər.
       Tədbir zamanı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil  Nəzərli tərəfindən məcburi köçkünlərin çoxsaylı sualları geniş və ətraflı cavablandırdı.
Keçidlər