Pirallahıda Dövlət müstəqilliyimizin bərpasının 25 illiyi qeyd olundu
17 oktyabr 2016 | 11:00
Oktyabrın 17-də 168 nömrəli tam orta məktəbin akt zalında 18 oktyabr – Dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibəti ilə yığıncaq keçirildi. Tədbirdə Pirallahı RİH-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etdilər.
Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Dövlət müstəqilliyimizin bərpası ilə əlaqədar geniş nitq söylədi. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AR dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün təntənəli surətdə qeyd olunması və bu məqsədlə tədbirlər planının təsdiq edilməsi barədə 11 oktyabr 2016-cı il tarixdə sərəncam imzalamışdır.
Qeyd edildi ki, Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Diqqətə çatdırıldı ki, bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Bizim artıq güclü dövlətimiz vardır – müstəqil Azərbaycan dövləti” – deyir Prezident İlham Əliyev. Müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir. Azərbaycanın parlaq sabahı da bu siyasətə bağlıdır.
V.Səfixanov öz çıxışında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Paytaxtımız Bakının, onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı da ölkə başçısının daim diqqətində olan məsələlərdəndir. Bu diqqətin ən bariz nümunələrindən biri Bakının yeni, 12-ci rayonunun yaradılması oldu. Ölkə Prezidentinin qayğısı və dəstəyi ilə ilk gündən Pirallahıda geniş abadlıq və tikinti-quruculuq işləri aparılır. Pirallahı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Bu baxımdan paytaxtın Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər diqqəti cəlb edir. 18 oktyabr – Dövlət müstəqilliyi günü ərəfəsində Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlər daha da intensiv xarakter almışdır. Qeyd edək ki, Pirallahı rayonu yaradılan gündən indiyədək Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələrində 130000-dən çox müxtəlif növ ağac və mövsümi gül kolları əkilib və belə yaşıllaşdırma işləri davam etdirilməkdədir.
Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar, yaşıllıqlar və digər istirahət və sosial-məişət təyinatlı obyektlər, reallaşacaq respublika əhəmiyyətli layihələr Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.
Sonra tədbir bir-birindən maraqlı musiqi kompozisiyalarla və bayram konserti ilə davam etdirildi.
Qeyd edək ki, Dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibəti ilə Pirallahı rayonu ərazisində yaşayan 50-ə yaxın aztəminatlı ailəyə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı verildi.