Pirallahı rayonunun vahid elektron xəritə məlumat bazası yaradılmışdır
12 iyun 2013 | 10:00
Bakı şəhəri Pirallahı rayonunun yaranmasından keçən qısa müddət ərzində rayonun bütün ərazisi üzrə Coğrafi İnformasiya Sistemlərinə əsaslanan vahid elektron xəritə məlumat bazası yaradılmış və operativ idarəetmə mərkəzində quraşdırılaraq rayon təsərrüfatının idarə edilməsində ən yeni texnoloji vasitə olaraq tətbiq edilməyə başlanmışdır. Rayonun, eləcə də qəsəbə, bələdiyyə, mənzil istismar sahələrinin, məhəllələrin sərhədləri və əraziləri dəqiqləşdirilərək xəritələndirilmişdir. Bununla yanaşı ərazidə mövcud olan bütün torpaq sahələri, tikililər, sosial obyektlər, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri, banklar, bankomatlar, tullantı konteynerlərinin yerləri, reklam monitorları və s., nəqliyyat infrastrukturuna daxil olan avtomobil yolları, yol keçidləri, ictimai nəqliyyat marşrutları, avtobus dayanacaqları və s., mühəndis təminatı komunikasiyalarından elektrik verilişi xətləri, transformatorlar, qaz paylayıcılar, magistral qaz və su boru xətləri, nasosxanalar, qazanxanalar, antena qüllələri və s., yaşıllıq əraziləri, parklar, abadlaşdırılmış ərazilər, əsaslı təmir edilən binalar, digər ictimai və sosial obyektlər haqqında mükəmməl xəritə məlumat yaradılmışdır.
Rayonun ərazisində mövcud olan bütün tikili və obyektlərə fərdi qaydada baxış keçirilərək inventarizasiya edilmiş, hər bir obyekt haqqında texniki və hüquqi məlumatlar toplanmış, onların fotoşəkilləri çəkilərək xəritə məlumat bazasına daxil edilmişdir. Hal-hazırda vahid xəritə məlumat bazasında ərazidə mövcud olan hər bir obyekt haqqında onun təyinatı, mərtəbəliliyi, girişlərin sayı, ünvanı, tikildiyi il, mülkiyyət növü, sahibliyi, istifadəyə yararlıq səviyyəsi və digər zəruri məlumatlar vardır.
Pirallahı rayonunun ərazisinin faktiki relyefinin və yer səthində yerləşən bütün tikili və infrastruktur obyektlərinin real görüntüsünə uyğun 3 ölçülü modeli yaradılaraq coğrafi məlumat bazasına daxil edilmiş, yeni bina və obyektlərin tikintisi planlaşdırılan ərazilərdə ən müasir texnologiyaların tətbiqi ilə geodeziya ölçmələri aparılaraq topoqrafik xəritələr hazırlanmışdır.
Elektron xəritənin köməyi ilə ərazidə aparılan abadlıq, yenidənqurma işləri planlaşdırılır və həyata keçirilən içlərin icrası haqqında operativ məlumatlar əldə edilir. Ərazidə yaranan problemlər, qəzalar haqqında operativ idarə etmə mərkəzinə online rejimdə məlumatlar ötürülür, sosial məsələlərin analizləri həyata keçirilir. Hər hansı bir sosial xidmət obyektinin əhatə etdiyi ərazilərdə əhalinin sıxlığına görə analizlər aparılır, əhaliyə daha rahat və keyfiyyətli xidmətlərin göstərilməsi üçün müvafiq təhlillərdən sonra optimallaşdırma məqsədilə zəruri tədbirlər planlaşdırılır.
Pirallahı rayon İcra Hakimiyyətinin aparatı, struktur bölmələri, qəsəbə nümayəndəlikləri, mənzil istismar sahələri öz ərazilərində mövcud olan bütün obyektlər, əmlaklar, əhali sayı haqqında operativ məlumata malikdirlər və öz funksiyalarına uyğun olaraq elektron xəritənin yaratdığı imkanlardan faydalanırlar.
Ərazilərdən tullantıların daşınmasına operativ nəzarət həyata keçirilir, belə ki, tullantı daşıyan avtomobillərə xüsusi izləmə cihazları quraşdırılmış və elektron xəritə üzərindən online rejimdə onların hərəkətləri izlənilir.
Rayon ərazisnin mükəmməl elektron xəritə bazasına əsaslanaraq konsepsiya səviyyəsində funksional zonalaşdırılması həyata keçirilərək xəritələndirilmiş və hal-hazırda ilk növbədə tikintisi planlaşdırılan ərazilərin müfəssəl planlaşdırma sənədləri və tikiləcək binaların layihələri hazırlanır.
İcra Hakimiyyətinin WEB səhifəsi yaradılmış, yüksək sürətli internetlə təmin edilmiş, Aparatının bütün işçiləri kompyuterlər və digər zəruri texnologiyalarla təchiz edilmiş, xüsusi serverlər alınmış, korporativ səviyyədə elektron kargüzarlıq və insan resurslarının idarə edilməsi sistemləri (proqram təminatı modulları) tətbiq edilmişdir. Elektron xidmətlərin inkişaf etdirilməsi müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.