Şriftin ölçüsü :

Saytın rəngi :

"Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirildi

20 oktyabr 2016 | 11:00
       20 oktyabr 2016-cı il tarixində Pirallahı qəsəbəsinə yerləşən 243 №-li tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin müəllim heyəti və məktəblilər iştirak etdilər.
    243 nömrəli tam orta məktəbin direktoru Vaqif Tarıverdili çıxış edərək, rayon ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında, dövlət müəssisələrində  bu cür maarifləndirici  tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu, baş verə biləcək təbii fəlakət, yanğın və qazsızma hadisələri zamanı düzgün təxliyə, ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi və s. məsələlərin hər kəs tərəfindən bilinməsinin vacibliyini diqqətə çatdırdı.
    Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları müəllim və şagirdlərə fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və təhlükəsizliyin təmin edilməsi və bu kimi hallarda insanların necə davranmalı olduqları, hansı tədbirləri görmələri barədə  ətraflı məlumat verdilər və mövzuya dair videoçarxlar nümayiş etdirdilər.
        Daha sonra məktəbin həyətində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələrində nazirliyin ayrı-ayrı qurumlarının xilasedici, yanğınsöndürmə, radiasiyadan mühafizə, partlayıcı maddələrin aşkar olunması vasitələrinə baxış keçirildi. Fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqlarının nümayişi, simulyasiya edilmiş partlayıcı qurğuların aşkar edilməsi və şərti yanğının söndürülməsi əməliyyatları şagirdlərin xüsusi marağına səbəb oldu.
Keçidlər