“İstedad sorağında” adlı müsabiqə keçirildi
28 oktyabr 2016 | 11:00
28 oktyabr 2016-cı il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “İstedad sorağında” adlı tədbir keçirilmişdir. Tədbirdə müəllimlər, şagirdlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Afət İbrahimova çıxış edərək bildirmişdir ki, “İstedad sorağında” tədbirin əsas məqsədi yeniyetmələrin gizli qalan və kəşf edilməmiş bacarıqlarının aşkar edilməsidir. Tədbir gənclərin bacarıqlarının və potensial imkanlarının üzrə çıxarılmasında xidmət edəcəkdir. Bu sahədə gənclər öz bacarıqlarını bir daha təsdiqləmiş olacaqlar ki, bu da onların gələcək fəaliyyətlərinə müsbət təsir göstərəcəkdir.
Müsabiqə iştirakçıları öz bacarıq və istedadlarını nümayiş etdirərək maraqlı və rəngarəng çıxışlar etmişdilər. Məktəblilərin hazırladığı mahnı, şeir və dram səhnəciklərindən ibarət kompozisiyalar alqışlarla qarşılanmışdır. Dövlət bayrağının səhnəyə gətirilməsi anı isə tamaşaçıların sürəkli alqışlarına səbəb olmuşdur. Şagirdlərin ifasında səsləndirilən mahnı və şeirlər vətənpərvərlik mövzusunu əhatə etdiyinə görə dinləyicilər üçün həyəcanlı və izdihamlı anlar yaşanırdı.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilmiş, onlar fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdılar.