Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyuldu
02 noyabr 2016 | 11:00
“Pirallahı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində 30 hektar torpaq sahəsi ayrılmışdır.
2 noyabr 2016-cı il tarixdə Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyuldu. Təməlqoyma mərasimdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, Pirallahı RİH-nin başçısı Vasif İmanov, Azərbaycan İnvestisiya Şirkəti, "Vita-A" və Rusiyanın “R-Farm” şirkəti ilə birlikdə "HAYAT pharm" adlı əczaçılıq şirkətinin təmsilçiləri iştirak etdilər.
Əczaçılıq zavodunun investisiya dəyəri 74 milyon dollar təşkil edir. Təməli qoyulan əczaçılıq zavodunda ilkin mərhələdə 100-dən çox dərman preparatlarının istehsalı nəzərdə tutulur. Layihə çərçivəsində 300-ə yaxın iş yeri açılacaq.