“Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda tədbir keçirildi
15 noyabr 2016 | 11:00
15 noyabr 2016-cı il tarixində Pirallahı rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri və rayonun idarə-müəssisə rəhbərləri iştirak etdilər.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbiri giriş sözü ilə açaraq baş verən yanğın faciələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğuladı.
Daha sonra tədbir Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma İdarəsinin rəisi polkovnik Vaqif Teymurov, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov, Pirallahı rayon 51 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin bölmə rəisi Ceyhun Vəliyev, Rayon Enerji Təchizatı və Satışı İdarəsinin mühəndisi Tofiq Əzizov, Bakı Regional Qaz İstismarı Departamentinin Pirallahı rayonu üzrə texniki İstismar xidmətinin rəisi Gündüz Tarıverdiyev, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramiz Verdiyev və 18 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Faiq Məmmədlinin “Yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”; “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”; “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”; “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”; “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti: görülən işlər və mövcud problemlər”; “Yanğın zamanı ilkin tibbi yardım” mövzuları ətrafında çıxış və müzakirələri ilə davam etdirildi.
Tədbirin sonunda FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev hər bir idarə və təşkilat rəhbərlərinin, bələdiyyə üzvünün, vətəndaşın yanğın təhlükəsizliyi və onun profilaktikası ilə bağlı görməli işlərindən, ən əsası isə əhalinin maarifləndirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışdı.