Şriftin ölçüsü :

Saytın rəngi :

“Xeyir-şər” evlərinin abadlaşdırılması başa çatmaq üzrədir

15 iyun 2013 | 10:00
 Pirallahı qəsəbəsində “Xeyir-şər” evlərinin abadlaşdırılması başa çatmaq üzrədir. Kamil Rzayev küçəsində “Xeyir-şər” evinin üst fermalarının montaj-quraşdırma işlərinə başlanıb. Eyni zamanda əsas zalın döşəməsinə 24 m3, mətbəx və digər sahələrə 5 m3, ümumilikdə 500 m2 sahəyə beton tökülüb, santexnika quraşdırılması işləri də başa çatdırılıb. S.Bağırov küçəsindəki “Xeyir-şər” evində də quraşdırma işləri yekunlaşmaq üzrədir. 29-cu və 28-ci məhəllələrdə qurulmuş kölgəliklərin ardınca S.Bağırov və digər küçələrdə də kölgəliklər tikilir. 40-cı məhəllədəki Pirin əsaslı təmiri də başa çatmaqdadır.
 Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması prosesi davam edir. İş prosesinə ağır tonnajlı avtomaşınlar cəlb edilib. 15 km məsafədən gün ərzində 70-75 maşın torpaq daşınaraq gölə tökülür. Paralel olaraq drenaj işlərinə və kanalizasiya sisteminin qurulmasına başlanıb, ətraf ərazidəki antisanitariya aradan qaldırılır. 40-cı məhəllədə və Kamil Rzayev küçəsində qanunsuz inşa edilmiş qarajların və digər tikililərin söküntüsü, antisanitariyanın aradan qaldırılması davam edir. Rayonda zibilxanaların estetik görünüşünün müasirləşdirilməsi işləri də davamlı xarakter daşıyır. Pirallahı qəsəbəsində daha iki yerdə müasir tipli yeni dayanacağın qurulması üçün özül hazırlanır.
 Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi davam edir.. Hazırda Kamil Rzayev küçəsində işləri tamamlayan Su-Kanal departamenti 40-cı məhəllədə fəaliyyətə başlayıb. Tezliklə kanalizasiya sisteminin yenidən qurulmasına başlanacaqdır. Bu günlərdə baş kanalizasiya layihəsinin yerlərdə naturaya köçürülməsi prosesi gedir. Eyni zamanda qəsəbədaxili və magistral su xətləri də çəkilir. 40-cı məhəllədə istilik sisteminin bərpası prosesinə başlayan “Azəristilik” birliyi bütövlükdə rayon üzrə daxili şəbəkənin çəkilişi işlərinə start verib.
 Pirallahının mərkəzi hissəsinə köçürülmüş Böyük Vətən Müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin ətrafında abadlaşdırma işləri davam edir. Abidənin ətrafındakı ağaclar tam budanmış, ərazidən keçən və artıq istismardan çıxmış 200 metrə yaxın köhnə qaz xətti kəsilərək götürülmüşdür. Pirallahı qəsəbəsinin mərkəzində yerləşən və kiçik yaşlı sakinlərimizin asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə salınan “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının inşası sürətlə davam edir. Bardyurların düzülməsi işlərinə də başlanıb. Parkda əlavə olaraq yelləncəklərin, müxtəlif attraksionların yerləşdirilməsi, müasir kölgəliklərin qurulması işlərinə də hazırlıq gedir.
Keçidlər