Pirallahıda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirildi
19 noyabr 2016 | 11:00
Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə YAP Pirallahı Rayon Təşkilatı tərəfindən bayram tədbiri təşkil edildi. Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Pirallahı RİH-nin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, YAP fəalları iştirak etdilər.
“Retro” sarayında keçirilən təntənəli yığıncaq dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açıq elan edən YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov əlamətdar tarixi hadisə - Yeni Azərbaycan Partiyasının yaradılmasının növbəti ildönümü münasibətilə yığıncaq iştirakçılarını təbrik etdi, partiyanın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini vurğuladı. Amansız siyasi mübarizələrdə iqtidar partiyası kimi formalaşan YAP-ın keçdiyi keşməkeşli yola nəzər salan M.Manafov bildirdi ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilmişdir: “YAP ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 600 mindən çox üzvü olan partiya geridə qoyduğumuz 24 il ərzində şərəfli və qüdrətli bir yol keçmişdir. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər”. M.Manafov vurğuladı ki, YAP yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış və digər bu kimi əvəzolunmaz dəyərlərin təbliğinə xüsusi yer verir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov öz çıxışında bildirdi ki, bu gün Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü bütün respublikamızda böyük ruh yüksəkliyi ilə qeyd olunur. Üzvlərinin sayı yarım milyondan artıq olan Partiyanın əsası 1992-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə mürəkkəb dövründə, dövlətimizin görünməmiş sınaqlara məruz qaldığı bir zamanda ölkəmizin qabaqcıl ziyalılarının təşəbbüsü ilə yarandığını qeyd edən V.Səfixanov Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitə qısa bir ekskurs etmişdir.
Ötən illər ərzində Yeni Azərbaycan Partiyasının xalqımızla birlikdə şərəfli bir yol keçdiyini söyləyən, 2003-cü ildən bəri partiyanın sədrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olduğunu, son illər Azərbaycanımızın yeni-yeni zirvələr fəth etdiyinin vurğulayan Vəzir Səfixanov hər bir partiya üzvünü əlamətdar gün - Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə təbrik etdi, fəaliyyətlərində uğurlar arzuladı.
Bayram tədbirində çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə və digər natiqlər Yeni Azərbaycan Partiyasının yaradılmasında, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd etdilər. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələrin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi olduğunu bildirən natiqlər partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinin YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını təşkil etdiyini vurğuladılar.
Tədbir zamanı Pirallahı rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri fərmanlar və hədiyyələr təqdim edildi.
Daha sonra tədbir tanınmış ifaçılar Bilal Əliyev, Gülay Zeynallı, Rəvan Qarayev, Aysel Əlizadə və digər mədəniyyət ustalarının iştirakı ilə bayram konserti ilə davam etdirildi. Tədbirin sonunda nümayiş etdirilən bayram atəşfəşanlığını iştirakçılar böyük maraqla seyr etdilər.