Pirallahı rayonunun neftçiləri humanist aksiyaya qatıldılar
22 noyabr 2016 | 11:00
Hər il olduğu kimi bu il də neftçilər Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə birincilər sırasında qoşulmuşlar. «Savab dünyası» Talassemiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, sağalmaz xəstəlikdən əziyyət çəkən uşaqlara humanitar yardım xarakteri daşıyan tədbirlərdə ARDNŞ-in strukturuna daxil olan və Pirallahı rayonunun ərazisində yerləşən idarə və müəssisələrin əmək kollektivləri ənənəvi olaraq böyük fəallıq nümayiş etdirirlər.
Möcüzələr adası Neft Daşlarında «Donor günü» noyabrın 22-də baş tutdu. Qeyd edək ki, aksiyada 150 nəfərədək dəniz neftçisi iştirak etmiş, onlardan 129 nəfəri tibbi müayinədən uğurla keçərək talassemiyalı xəstələr üçün qan vermişlər.