Pirallahı rayonunda genişmiqyaslı abadlıq işləri həyata keçirilir
28 noyabr 2016 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilən islahatlar nəticəsində iqtisadiyyatının bütün sahələrdə dinamik inkişaf müşahidə olunur, bir sıra problemlər mərhələli şəkildə öz həllini tapır. Bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri vüsət alıb.
Dövlət Proqramı çərçivəsində Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikinti-quraşdırma işləri tamamlanmışdır və yeni asfalt örtüyü çəkilmişdir. Pirallahı rayonunda avtomobil körpüsünün inşası ilə əlaqədar kommunikasiya xətləri köçürülür, mövcud köhnə xətlər yenisi ilə əvəz olunur. O cümlədən, 2100 m uzunluğunda, D=200 mm –lik polietilen boru ilə kanalizasiya xəttinin və 2500 m uzunluğunda, D=500 mm-lik polietilen boru ilə su xəttinin yenilənməsi işləri aparılmışdır. Həmçinin 2300 m uzunluğunda, D=200 mm-lik metal boru ilə qaz xətti yenilənmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq, Pirallahı qəsəbəsinin daxilində ümumi uzunluğu 8,5 km olan mərkəzi yolda əsaslı təmir işləri davam etdirilir. Asfalt örtüyünün çəkilməsi işləri aparılır. Gecə işıqlandırması dirəklərinin və səki daşlarının quraşdırılması davam etdirilir. Yol kənarı torpaq qatı qazılaraq çıxarılır, əvəzində yol geyiminin əsası və asfalt örtüyün alt layı döşənərək hərəkət hissəsi genişləndirilir. Paralel olaraq mərkəzi yol boyu yeni müasir tipli avtobus dayanacaqlarının quraşdırılması, məhəllədaxili yollarda isə asfalt örtüyün çəkilməsi işləri yerinə yetirilir.
Rayon ərazisində yerləşən 11 bina- 5 mərtəbəli, 3 bina- 4 mərtəbəli, 4 bina- 3 mərtəbəli, 12 bina - 2 mərtəbəli olmaqla 30 ədəd yaşayış binasının fasadları və dam örtüklərində təmir-tikinti işləri davam etdirilir.
K.Rzayev küçəsində ümumi sahəsi 1 hektara qədər olan ərazidə “Yaşıl park” adlandırılacaq yeni parkın salınmasına başlanılmışdır. Hazırda parkın ərazisində landşaft kompozisiyalarının düzəldilməsi, yeni həmişəyaşıl və dekorativ ağacların əkilməsi işləri aparılır. Həmçinin parkda kölgəliklərin və uşaq oyun meydançalarının quraşdırılması işləri görülür. Bundan əlavə ərazidə ticarət mərkəzinin inşasına başlanılmışdır. S.Vurğun küçəsində yerləşən bazarda və ictimai iaşə obyektində yenidənqurma işləri davam etdirilir. S.Vurğun küçəsi, 28-ci məhəllədə postamentin tikinti-quraşdırma işləri tamamlanmış, üzərində gecə işıqları quraşdırılmışdır. Həmçinin Postamentin üzərində Azərbaycan Respublikasının xəritəsi yerləşdirilmişdir. Rayon ərazisində 3 ədəd müasir tipli yeni transformator məntəqəsi tikilir, 5 ədəd transformator məntəqəsi isə təmir olunur. Həmçinin, mərkəzi yolda kommunikasiya xətlərinin keçirilməsi üçün nəzərdə tutulan gilizlərin (ehtiyat yeraltı keçid borular) quraşdırılması işləri davam etdirilir.
Mərkəzi yol kənarında 29-cu məhəllədən başlayaraq Pirallahı İdman Zalının qarşısınadək yeni dekorativ hasarın inşası tamamlanmışdır. Hasarın başlanğıcında üstündə Azərbaycan Respublikasının dövlət bayrağı və saat quraşdırılmış, hündürlüyü 9,8 m olan qüllənin inşası yekunlaşdırılmışdır. S.Vurğun küçəsindəki hasarlara tarixi və müasir tikililərin rəsmləri işlənilir.
M.Əzizbəyov küçəsində yağış sularının yoldan kənarlaşdırılması məqsədilə 250 m uzunluğunda 300 mm-lik yeni drenaj xəttin çəkilməsi işləri aparılır və bu işlərin digər ərazilərdə aparılması nəzərdə tutulmuşdur.