1 dekabr- ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbir keçirildi
01 dekabr 2016 | 11:00
Hər il, 1988-ci ildən başlayaraq, dekabr ayının 1-də Ümumdünya QİÇS-lə mübarizə günü qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur. Bu məqsədlə 01 dekabr 2016-ci il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində "QİÇS – cəmiyyətin artan bəlasıdır" şüarı altında ümumrayon tədbiri keçirildi. Tədbirdə Pirallahı RİH-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət və təhsil ocaqlarının kollektivləri, məktəblilər iştirak etdilər.
Tədbirdə çıxış edən Pirallahı RİH-nin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Seymur Yusibov QİÇS xəstəliyi və narkomaniya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən bəhs etdi. Natiq qeyd etdi ki, insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, narkomaniya həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur. Hamıya “ağ ölüm” kimi məlum olan narkomaniya insanları təkcə sağlam həyat tərzindən məhrum etmir, həm də cəmiyyətin sosial-iqtisadi inkişafına da mənfi təsir göstərir, eləcə də cinayətkarlığa zəmin yaradır. Beləliklə, sağlam cəmiyyət və güclü dövlətin təməlini təşkil edən ailələr təhlükəli meyllər nəticəsində dağılır, bu da öz növbəsində dövlət və cəmiyyət üçün arzuolunmaz hal sayılır.
Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını vurğulayan S.Yusibov bu bəlaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gənclərdə sağlam həyat tərzini formalaşdırmaq üçün hamılıqla mübarizə aparmağın, onların arasında maarifləndirmə işlərinin daim diqqət mərkəzində saxlanılmasının, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi diqqət yetirməyin vacibliyini diqqətə çatdırdı.
Tədbirdə Pirallahı rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimin müavini Kəmalə Mustafayevə çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, siqaretdən başlayaraq bütün narkotiklərin ən böyük zərəri onun birbaşa beyin və mərkəzi sinir sisteminə təsir etməsidir. Narkotik insanı tarazlıqdan, normal yaşam və davranışlardan uzaqlaşdırır, dəlilik, tez ağlını itirmə, şüur pozğunluğu, yuxusuzluq, iflic sayıqlama, zəka və yaddaş pozğunluğuna gətirib çıxardır. Qaraciyərə, böyrəklərə, gözlərə, tənəffüs sisteminə, demək olar ki, insanın bütün orqanlara öz mənfi təsirini göstərir. QİÇS, sifilis, vərəm, xərçəng, qanqrena və bənzəri bir çox ölümcül xəstəliyin yayılmasında da ən böyük rolu narkotiklər və asılıları oynayır.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.