"Sağlam qida - sağlam nəsil" adlı tədbir keçirildi
10 dekabr 2016 | 11:00
09 dekabr 2016-cı il tarixdə 168 nömrəli tam orta məktəbdə "Sağlam qida - Sağlam nəsil" şüarı altında maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin əməkdaşları, müəllim heyəti və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə düzgün qidalanmanın sağlamlığın təmin olunmasında vacib şərt olduğu vurğulandı və müxtəlif mövzularda, o cümlədən, uşaqların qidalanması, qeyri-sağlam qidalar, piylənmə və düzgün seçilmiş pəhriz, fiziki aktivliyin vacibliyi, 45 yaşdan yuxarı insanlar üçün qida normaları və s. müzakirələr aparıldı.
Tədbir zamanı şagirdlərin zərərli vərdişlərlə bağlı hazırladıqları maraqlı səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"ya uyğun olaraq tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik azaldılması və qarşısının alınmasıdır.