Pirallahıda “Rayonun sosial-iqtisadi inkişaf meyillərinin müəyyənləşdirilməsi” mövzusunda seminar-müşavirə keçirildi
13 dekabr 2016 | 11:00
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bələdiyyələrlə və digər idarələrlə birlikdə silsilə maarifləndirici tədbirlər keçirilir. Növbəti seminar-müşavirə 13 dekabr 2016-cı il tarixdə Rayon İcra Hakimiyyətində “Rayonun sosial-iqtisadi inkişaf meyillərinin müəyyən-ləşdirilməsi” mövzusunda keçirildi. Tədbirdə Pirallahı RİH-nin əməkdaşları, Gürgən, Pirallahı, Çilov-Neft Daşları bələdiyyələrinin üzvləri, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı birliyinin nümayəndələri iştirak etdilər.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov qeyd etdi ki, tədbirin əsas məqsədi bələdiyyələrlə və digər təşkilatlarla birlikdə rayonunun sosial-iqtisadi inkişaf meyillərinin müəyyənləşdirilməsi, əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi, hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılmasının, ictimai qınağın tətbiqinin genişləndirilməsidir.
Seminarda həmçinin bələdiyyələrdə yerli vergi və ödənişlərin yığımının artırılması, bələdiyyə sədrlərinin III ümumrespublika toplantısının qərarlarına əsasən qarşıya qoyulan vəzifələrdən danışıldı. Qeyd edildi ki, bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən onlayn qaydada bir serverdən idarə olunan yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi hazırlanmışdır. Seminarda çıxış edən bələdiyyə sədrləri təqdim olunan sistemin tətbiqinin yerli özünüidarəetmənin maliyyə, iqtisadi potensialının güclənməsinə, o cümlədən yerli vergi və ödənişlərin yığım səviyyəsinin artırılmasına əhəmiyyətli təsir edəcəyini bildiriblər.
3 saat davam edən seminar müzakirə, diskusiya şəraitində keçirildi.