Pirallahıda ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir
16 dekabr 2016 | 11:00
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, bu rayonda geniş quruculuq və abadlıq işlərinə start verildi. Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı. Xatırladaq ki, aparılan tikinti-quruculuq işləri ilə yanaşı, Pirallahının ümumi görkəminə xələl gətirən lüzumsuz taxta və daş hasarlar, qəsəbə boyu baş alıb gedən çəpərləmələr, harada gəldi qoyulmuş dəmir köşklər, insanların və texnikanın hərəkətinə mane olan yöndəmsiz daş hasarlar sökülərək ərazi abadlaşdırıldı və bu işlər sürətlə davam etdirilməkdədir.
Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzindədir. Bu istiqamətdə Pirallahı rayonunda son iki ay ərzində 8000-dən çox müxtəlif növ ağaclar, gül və kol bitkiləri, o cümlədən Eldar şamı, zeytun, çinar, sərv, palma, rosemarin, tuya, oleandr (söyüdgülü), leylandra, lavanda, perekanta (dovşanalması), barbaris, evemos (sarı şümşad) əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir.
Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən binaların zirzəmilərində və müvafiq ərazilərdə mütəmadi olaraq monitorinqlər keçirilir, lazım gəldiyi halda müvafiq tədbirlər görülür. Dəniz sahilinə yaxın ətraf ərazilərdə çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam etdirilir. Həmçinin noyabr ayı ərzində K.Rzayev küçəsi 10 və 12 nömrəli yaşayış binalarının zirzəmilərində təmir işləri aparılmış və axıntıların qarşısı alınmışdır. Kamil Rzayev küçəsində 16 nömrəli yaşayış binasının zirzəmisində çirkab sular nasoslar vasitəsi ilə təmizlənmişdir. Bundan əlavə 28-ci məhəllə ev 4-ün və 29-cu məhəllə ev 8-in zirzəmisi mütəmadi olaraq qrunt sularından təmizlənir.
Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki salınan parklar, yaşıllıqlar digər istirahət və sosial təyinatlı obyektlər Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də turizmin inkişafına xidmət edəcəkdir.