Pirallahı məktəbliləri ulu öndər Heydər Əliyevin irsini həvəslə öyrənirlər
17 dekabr 2016 | 11:00
Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Pirallahı rayonunda 11-ci sinifdə təhsil alan şagirdlərə Ümummilli Liderin zəngin irsinin öyrənilməsi məqsədilə açıq dərslər keçirilir. 16 dekabr 2016-cı il tarixdə “20 yanvar faciəsi, Xocalı soyqırımı və azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1918-ci il mart soyqırımına, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasına hüquqi-siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin bariz nümunəsi kimi” mövzusunda keçirilən tədbirdə 186 №-li tam orta məktəblərin müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak etdilər.
168 nömrəli tam orta məktəbin tarix müəllimi Səkinə Sadıxova çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlılarının soyqırımı haqqında” fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırım cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırıldı ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Diqqətə çatdırıldı ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir və soyqırımlar haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün lazımi tədbirlər görülür.
Tədbirin sonunda iştirakçılara ulu öndərin həyatından bəhs edən videoçarx nümayiş olundu və gənclərin sualları cavablandırıldı.