Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən silsilə humanist aksiyalar keçirilir
22 dekabr 2016 | 11:00
Yeni il və Dünya Azərbaycanlarının Həmrəylik günü münasibətilə Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən silsilə humanist aksiyalar keçirilir. 21 dekabr “Abşeronneft” NQÇİ-nin akt zalında 22 dekabr tarixində isə “Azərsu” ASC Pirallahı rayon Sukanal İdarəsinin akt zalında aztəminatlı ailələrlə görüş keçirildi. Görüş zamanı Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova onların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi.
Sonda qayğıya ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıldı. Yardım alan ailə üzvləri hər zaman onlara mənəvi dayaq olan Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova və xeyriyyəçi insanlara öz dərin minnətdarlıqlarını bildirdilər.