Heydər Əliyev Fondu Azərbaycanın təbliğinə ən böyük dəstəkdir
28 dekabr 2016 | 11:00
Artıq bir neçə gündür ki, respublikamızda Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılması tədbirlərinə start verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının 12 rayonunda, eləcə də Gəncə şəhəri və respublikanın digər bölgələrində kimsəsiz, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunur, hədiyyələr təqdim edilir.
Növbəti belə bir bayram süfrəsi dekabrın 28-də Pirallahı rayonunda təşkil olunub və 400-dək şəxsi əhatə edib. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən tədbirin iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Heydər Əliyev Fondu Azərbaycanın təbliğinə ən böyük dəstəkdir deyən V.İmanov hər il Heydər Əliyev Fondu tərəfindən rayonda təşkil olunan belə tədbirlərin əhalinin sosial müdafiəsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına yönəlik dövlət proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən Müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlik layihələr Fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş dahi Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradıldığını bildirən V.İmanov Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verdiyini qeyd etmişdir. 2005-2014-cü illər ərzində “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı məktəb binaları inşa olunmuş və yenidən qurulmuş, “Təhsilə dəstək” layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı nəzərə alaraq Fond 2014-cü ildə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirməyə başlayıb. Proqramda müəssisələrin təmiri, yeni binaların inşası, təhsilin, tibbi xidmətin, qidanın keyfiyyətinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı müəssisələrin aidiyyəti üzrə istifadəyə verilməsinin təmin edilməsi və digər məsələlərin həlli nəzərdə tutulur. Bununla yanaşı artan tələbatı və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alaraq Heydər Əliyev Fondu tərəfindən “Məktəbəqədər təhsil müəssisələrin inkişafı” proqramı çərçivəsində Pirallahı rayonunda, Süleyman Bağırov küçəsində 140 və Səməd Vurğun küçəsində 100 yerlik iki yeni uşaq bağçasının tikintisi davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında işlər tamamlanmaq üzrədir.
Fondun təşəbbüsü ilə Pirallahıda bir sıra sosial obyektlərin tikildiyini və ya əsaslı təmir olunduğunu diqqətə çatdıran Vasif İmanov bütün bunların Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin tərkib hissəsi olduğunu bir daha vurğulamışdır.
Millər vəkili Rauf Əliyev çıxışında bildirib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirilən növbəti genişmiqyaslı layihə Heydər Əliyev Fondu tərəfindən vətəndaşlarımıza bir bayram hədiyyəsi olmaqla yanaşı, həm də ailələri bayram süfrəsi arxasında həmrəy olmağa səsləyən rəmzi məna daşıyır.
Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxış edərək Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi irimiqyaslı layihələrdən danışıb. O, Fondun Pirallahı rayonunda da çoxlu layihələr reallaşdırdığını, xüsusilə kimsəsiz uşaqlara və qocalara hər zaman qayğı göstərdiyini, eləcə də təhsil və səhiyyə ocaqlarının tikintisini həyata keçirdiyini deyib. Rayon ağsaqqalı bugünkü tədbirlə də aztəminatlı ailələrə sevinc bəxş etdiyinə görə Fondun rəhbərliyinə minnətdarlığını çatdırıb.
Pirallahıdakı rus icmasının adından çıxış edən Elena Aşurova multikultural və tolerant mühitin hökm sürdüyü Azərbaycanda yaşamasından məmnunluğunu ifadə edib. Respublikamızın hər yerində olduğu kimi, Pirallahıda da bütün millətlərin və dinlərin nümayəndələrinin dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayan Elena Aşurova onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib. Aztəminatlı ailələrə Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.