Pirallahı rayonunda bayram şənliyi keçirildi
29 dekabr 2016 | 11:00
Pirallahı rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir. Tədbirlər planının icra edilməsi məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında hərtərəfli hazırlıq işləri reallaşdırılmış, RİH tərəfindən bayram ərəfəsində uşaq bağçalarının körpələrinə, həmçinin orta məktəblərin ibtidai sinif şagirdlərinə paylanması nəzərdə tutulan ümumilikdə sayı 850 ədəd Yeni il hədiyyəsi hazırlanmışdır. Pirallahı, Gürgən, Çilov və Neft Daşları qəsəbələrinin ərazisində əsas küçələr və parklar bayramsayağı bəzədilmiş, Pirallahının “Uşaq İstirahət Parkı”nda rayonun küknar ağacı qurulmuşdur.
Bayram tədbirləri rayonun bütün təhsil və mədəniyyət ocaqlarında keçirilir. Dekabrın 24-də ilk olaraq Yeni il şənliklərinə körpələr evi-uşaq bağçalarında start verildi. “Çobanyastığı”, “Cırtdan”, “Bulaq”, “Qağayı”, eləcə də Çilov qəsəbəsindəki körpələr evi-uşaq bağçalarında bayram tədbirləri keçirildi. Tədbirlərdə iştirak edən Pirallahı RİH Aparatının məsul əməkdaşları körpələrə rayon rəhbərliyinin bayram təbriklərini çatdırdılar və Yeni il hədiyyələrini təqdim etdilər. Yeni il şənlikləri Çilovdakı 131 №-li və Gürgəndəki 231 №-li orta məktəblərdə, Pirallahı qəsəbəsindəki 168, 186, 235 və 243 №-li tam orta məktəblərdə, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində və digər idarə, müəssisələrdə keçirilir.
Dekabrın 29-da isə ümumrayon bayram şənliyi “Uşaq İstirahət Parkı”nda təşkil olundu. Tədbir saat 12.00-da başlandı. Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov rayon sakinlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından təbrik etdi, hər kəsə can sağlığı və bol-bol yeni il sevincləri arzuladı. V.Səfixanov qeyd etdi ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi 2016-cı ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Diqqətə çatdırıldı ki, tarixdə ilk dəfə olaraq Bakı şəhəri Formula-1 yarışlarına ev sahibliyi etdi və uğurla bu sınaqdan keçdi, idman tarixində yeni bir səhifə açdı. Həmçinin V.Səfixanov aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığına diqqət çəkərək, aprel döyüşlərini tariximizin şanlı səhifəsi adlandırdı. Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən V.Səfixanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2017-ci il və ondan sonrakı illərdə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi.
Daha sonra bəzədilmiş küknar ağacının ətrafına rayonun kiçik yaşlı sakinləri dəvət edildi. Körpə fidanlar ağacın ətrafında dövrə vurdular, rəqs etdilər, mahnı oxuyub şeir söylədilər. Bayram şənliyi Şaxta baba, Qar qız, şən klounlar və incəsənət ustalarının, rayon məktəblilərinin iştirakı ilə axşam saatlarınadək davam etdi. Pirallahı rayonunda Yeni il şənliklərinin sonrakı günlərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.