Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti maarifləndirici tədbir keçirildi

05 yanvar 2017 | 11:00
    Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə “Elektron xidmətlərinin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə RİH məsul əməkdaşları, ümumtəhsil müəssisələri kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
    Tədbirdə “Elektron hökumət” portalının imkanları və istifadəsi, sosial şəbəkələrdə saytlardan düzgün istifadə qaydaları, sosial medianın əhəmiyyəti və digər məsələlər müzakirə olundu.
    Tədbirdə qeyd olundu ki, ölkəmizdə elektron xidmətlərin tətbiqi və genişləndirilməsi üzrə sistemli tədbirlər görülür, o cümlədən müvafiq elektron proqram təminatı və zəruri qanunverici baza hazırlanılır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, informasiya və telekommunikasiya sektoru Azərbaycanın gələcək inkişafının əsas aspektidir.  Bu gün Azərbaycanda internet əhalinin çox hissəsinin həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. İKT sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkədə sosial-iqtisadi inkişafa öz töhfəsini verməkdədir. 2003-cü ildə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirək tezisi səsləndirməsindən sonra yeni inkişaf kursu müəyyən edən Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biridir.
    Pirallahı rayonunda da elektron xidmətlərin tətbiqi sahəsində mühüm işlər görülür. Belə ki, 2016-cı ildə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin dövlət qurumlarının rəsmi internet resurslarına Respublika üzrə ümumi giriş sayı haqqındakı hesabatda Yerli İcra Hakimiyyətlərinin siyahısında Pirallahı Rayon İcra Hakimiyyətinin rəsmi pirallahi-ih.gov.az saytı ilk üçlükdə öz yerinin tutmuşdur. Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin saytında mütəmadi olaraq dəyişiklər aparılır, rayonda gedən abadlıq-quruculuq işlər haqqında, keçirilən tədbirlər barədə məlumatlar yerləşdirilir. Dekabr ayında rəsmi saytda yeni – Dövlət Xidmətləri alt bölməsi yaradılmışdır. Həmi alt bölməyə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən 19 xidmətlə bağlı məlumatlar yerləşdirilmişdir.
Keçidlər