Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusunda seminar keçirildi

12 yanvar 2017 | 11:00
      Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Pirallahı rayonunda 11-ci sinifdə təhsil alan şagirdlərə Ümummilli Liderin zəngin irsinin öyrənilməsi məqsədilə açıq dərslər keçirilir. 10 yanvar 2016-cı il tarixdə “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusunda növbəti açıq dərs təşkil olundu. Keçirilən  tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun tam orta  məktəblərinin müəllimləri və 11-ci sinif şagirdləri iştirak etdilər.
       Seminarda çıxış edən 186 №-li tam orta məktəbin tarix müəllimi Yaqub Hüseynov bildirdi ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun bir amalı var idi – Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırlmaq, ölkəmizi irəliyə aparmaq və respublikamızda davamlı inkişafı təmin edən iqtisadiyyat qurmaq. Bu gün onun ideyalarını, inkişaf siyasətini ulu öndərin layıqlı davamçısı - cənab İlham Əliyev reallaşdırır. Y.Hüseynov qeyd etdi ki, XX əsrin mürəkkəb geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Diqqətə çatdırıldı ki, bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycanı uğurlu gələcəyə inamla aparır.
       Sonda iştirakçılara Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi, gənclərin sualları cavablandırıldı.
 
Keçidlər